Ötən gün dünyasını dəyişən millimizn sabiq üzvü Şəhriyar Rəhimov dəfn olunub.
"Football-plus.az" xəbər verir ki, mərhum futbolçu Xırdalan şəhər qəbiristanlığında atası Ağəli Rəhimovun məzarının yanında torpağa tapşırılıb.
.
Dəfn mərasimdə Ş.Rəhimovun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Şəhriyar Rəhimov 34 yaşında onkoloji xəstəlikdən vəfat edib. O, 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda meydana çıxıb. Mərhum futbolçu karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib.
Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.