UEFA və FİFA hoqqabazlığa göz yumur?

18.07.2023 10:42 202
Dünya futbolu
Ukrayna Futbol Assosiasiyası (UFA) FİFA və UEFA-ya Krım klubları Rusiyanın 2-ci liqasında iştirak etdiyinə görə Rusiya Futbol İttifaqını üzvlükdən çıxarmaq tələbi ilə müraciət edib.

“Football-plus.az” həmin müraciətin məzmununu çatdırır:

“Biz artıq bir neçə dəfə FİFA və UEFA-ya Rusiya futbolunun rəhbərliyinin Ukrayna klublarını Rusiya çempionatına cəlb etmək cəhdləri ilə bağlı müraciət etmişik. Yenidən sizə Rusiyanın bütün qayda və normaları pozmasının aradan qaldırılması xahişi ilə üz tuturuq. UEFA-nın bununla bağlı FİFA və UEFA-ya çoxsaylı müraciətlərinə baxmayaraq, “Sevastopol” və “Rubin Yalta” iyulun 16-da Rusiyanın 2-ci divizionunda ilk oyunlarını keçiriblər. Biz belə hərəkətləri FİFA və UEFA-nın nizamnaməsinin və UEFA-nın Krım futbolunun xüsusi statusu ilə bağlı qərarının kobudcasına pozulması kimi qiymətləndiririk”.