"Football-plus.az"ın əldə etdiyi məlumata görə, "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri futbolçularına mükafat vəd edib. Komandanın "köhlən atlar"a məğlub olmamasını böyük sevinclə qarşılayan funksioner matçdan sonra keçirilən görüşdə bunu dilə gətirib.
Mövzuyla bağlı əlaqə saxladığımız baş məşqçi Azər Məmmədov xəbəri təsdiqlədi. O, "Neftçi"yə qalib gəldikdən sonra vəd edilən pul mükafatının da futbolçulara ödənildiyini bildirdi.
Mütəxəssis həmçinin yeni transfer xəbərini anons etdi:
"Avqustun sonu və ya sentyabrın əvvəli növbəti legioner sıralarımıza qatılacaq. Orta sahə oyunçusudu. Danışıqlar hələ yekunlaşmadığından ad çəkə bilməyəcəm. Onu deyim ki, legionerdi".
KƏNAN BAHADIR




