“Araz-Naxçıvan”ın ÇL-dəki oyununa hakim təyinatları

25.08.2023 15:26 212
İdman
Çempionlar Liqasının ilkin mərhələsində sabah son oyununa çıxacaq “Araz-Naxçıvan” “Riqa” ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, mübarizəni qrup lideri kimi başa vurmaq üçün təmsilçimizi ancaq qələbə qane edəcək. Cəzası başa çatan Felipinyo bu matçda komandaya kömək edə biləcək. Oyunu 3 ölkədən olan referilər idarə edəcək.

“Riqa” (Latviya) – “Araz-Naxçıvan”

26 avqust. Salaspils İdman Arenası. Saat 18.00

Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Martina Piccolo (İtaliya), Georgios Kozakos (Kipr)

Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)