• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Leonardo “Yuventus” ilə başqa cür vidalaşmağa layiq idi”

Dünya futbolu / Müsahibə

28-08-2023, 20:0

Corco Kyellini çoxdan Los Ancelesdə yaşayır.

“Football-plus.az” xəbər verir ki, İtaliya yığmasının sabiq müdafiəçisi bugünlərdə vətənində olub. Bu mövsüm “Los Anceles”in formasında MLS-də meydana çıxdığı 14 oyuna 1 qol vuran Avropa çempionu jurnalistlərin aktual suallarını cavablayıb. Roberto Mançininin milli komandadan istefa verməsi ona çox pis təsir edib.

- Bu xəbəri necə qarşıladın?
- Çox təəccübləndim. Fikrimcə, Mançio indi motivasiyasını itirdiyi üçün belə qərar verib. Onun istefasının əsl səbəbini öyrənmək üçün müəyyən qədər vaxt lazım gələcək. Ona “skuadra adzurra”dakı fəaliyyətinə görə təşəkkürümü məktub vasitəsilə bildirmişəm. Düzünü desəm, milli komandaya yenicə təyinat alanda onun tanındığı kimi olduğunu bilmirdim. Biz birlikdə çox emosiyalar yaşamışıq. Həmin hissləri ürəyimdə saxlayıram.

- İtaliya yığmasının necə Avropa çempionu olduğunu yaxşı xatırlayırıq... Sonra isə faciə baş verdi...
- İki il əvvəl komanda kimi formamızın zirvəsinə çatdıq. Az sonra isə dünya çempionatının ilk seçmə matçlarında yersiz xallar itirdik. Hələ də zirvədə olmağımızla bağlı illüziya vardı. Lakin Şimali Makedoniya ilə pley-off oyunu bunun belə olmadığını əyani göstərdi: həmin matçdan sonra dünya sözün hərfi mənasında ətrafımızda çökdü. Açıq danışaq: bəzi məqamlarda bəxtimiz də gətirmədi. Halbuki Avropa çempionatında bəxt də bizim tərəfdə olmuşdu.

- İndi milli komandada Buffon peyda olub...
- O, yığmaya çox şey verə bilər. Cici başqalarından çox fərqlənir, o, yığmaya görə səmimi qəlbdən narahatlıq keçirir.

- Amma sənin yaxın dostun Bonuççinin işləri heç də qaydasında deyil.
- Onun düşdüyü vəziyyətə görə təəssüflənirəm. Leonardo “Yuventus” ilə başqa cür vidalaşmağa layiq idi. Və mən klubun bu baxımdan onunla razılğa gələcəyinə ümid edirəm. Amma “Yuve” “Yuve”di, bu klub qərarlarını özü verir...

- Bonuççi ilə ünsiyyət saxlamısan?
- Onunla iyulun ortalarında Toskanada görüşmüşdük. Leonun mənim məsləhətlərimə ehtiyac duyduğunu düşünmürəm.

- Yeni “Yuventus” sənə necə görünür?
- Komandanın yüksək xətlə hücum qurmaq istədiyini görürəm. Fikrimcə, oyunçuların yenidən istəkli olması Alleqri üçün vacibdi. Bunun üçün mövsümə əla başlamaq lazım idi.

- Komanda bu mövsüm skudettonu qazana bilər?
- “Yuve” həmişə bu hədəfə can atmalıdı. Həm də nəzərə alaq ki, komanda cari mövsümdə avrokuboklarda iştirak etməyəcək. Bu, ciddi üstünlükdü. Amma çempionluq uğrunda mübarizədə əsas favoritlərin “Napoli” və “İnter” olduğunu düşünürəm. Bu komandalardan sonra “Yuve” gəlir, sonra isə özünün intriqa yaradan layihəsi ilə “Milan”ı görürəm. Daha sonra “Latsio” ilə “Roma” gəlir. Hələ “Atalanta”nı da diqqətdə saxlamaq lazımdı. “Yuventus”un mövsüm ərzindəki çıxışı böyük ölçüdə Vlahoviçlə Kyezadan asılı olacaq...

- Vlahoviçlə Lukakunun dəyişdirilməsi ideyasına necə baxırsan?
- Klub bu mübadiləyə yalnız iqtisadi səbəbdən gedə bilərdi. Bu, yalnız texniki məsələ olsaydı, heç kim bu ideyaya gözucu belə baxmazdı.

- Bremerin müdafiə “üçlüy”ünə layiq olduğunu hesab edirsən?
- İmkan tapsaydım, ona şəxsən çox güclü olduğunu deyərdim. “Yuve”dəki ilk mövsümü qənaətbəxş alındı. Məncə, Bremer bundan sonra daha da inkişaf edəcək.

- Bu mövsüm Messiyə qarşı oynamaq şansın olacaq...
- Ona qarşı tezliklə oynayacağam (gülür). Leonun gəlişi MLS üçün əsl sensasiya oldu.

- O, ABŞ-dadı, Kriştiano Ronaldo isə Səudiyyə Ərəbistanında çıxış edir.
- Onlar həmişə uduşlu olan iki fenomendi. Səudiyyə Ərəbistanının köpük olduğunu düşünmürəm...

- Bəs sən?
- Dekabra qədər oynayacağam, sonra isə futbolda rəhbər olmaq istəyəcəyəm.

- “Yuve”yə qayıdan qardaşın Klaudio kimi?
- Bunu gözləmirdim, o, indi çox xoşbəxtdi. Çünki “Yuve” bizim üçün evdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-08-2023, 19:0

Başqa milli komandaya təyinat alacaq

Dünya futbolu

21-06-2022, 20:0

Torrinqton: “O, qələbə silsiləsidi”

Dünya futbolu

9-06-2022, 22:0

Mançini təcrübəli oyunçulardan niyə imtina edib?

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə