“Yasamal-Bakı”ın ölkə xaricində təlim-məşq toplanışında olduğunu diqqətinizə çatdırmışdıq.
“Football-plus.az” xəbər verir ki, kollektiv İspaniyada 3 yoxlama görüşü keçirib. Barselonanın “Monkada” klubu ilə qarşılaşan Azərbaycan təmsilçisi 3:4 hesabı ilə məğlub olub. Valensiyanın “Kastelya” kollektivinə qarşı isə 2 görüş keçirilib. Bakı klubu ilk qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanıb. İkinci matçda isə məğlubiyyətlə üzləşib – 3:1.
Bununla da İspaniyadakı toplanışı başa vuran “Yasamal-Bakı” vətənə dönüb.