İsveç çempionatında 21-ci turun oyunları keçirilir.
“Football-plus.az” xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” də növbəti matçını keçirib. Komanda "Deqefors"u qəbul edib - 4:1.
Musa meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Qustav Medonsa Uikhemin vurduğu qolun ötürməsini verib. Ardından 23 və 34-cü dəqiqələrdə iki qol vuraraq dubl müəllifi olub. Həmyerlimiz 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. O, 89-cu dəqiqədə əvəzlənib.