İsveç çempionatında 18-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqarden" də növbəti matçını keçirib. Komanda “Myelbyü”nün qonağı olub. 1 qolun vurulduğu oyunda “Yurqarden” qələbə
qazanıb - 1:0.
Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 72-ci dəqiqədə meydana daxil olub.