25 yaşlı amerikalı forvard Oston Mettyus MHL klublarından “Toronto”nun şərəfini qorumaqda davam edəcək.
"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidməti onunla müqavilənin müddətinin uzadıldığını açıqlayıb. Hücumçu 4 illik yeni müqavilə bağlayıb. Oston hər mövsümdə 13,25 milyon dollar qazanacaq. O, Milli Hokkey Liqasında ən yüksək ödənişli hokkeyçiyə çevrilib. Bu göstəricidə əvvəlki lider “Kolorado”nun ulduzu Natan Makkinnon idi (12,6 milyon).