Nicat Abasov 4-cü oldu

24.08.2023 21:15 198
İdman
Bakıda keçirilən şahmat üzrə dünya kuboku yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, mükafatçıların adına bu gün aydınlıq gəlib. Keçirilən keçirilən tay-brek görüşlərindən sonra medallar sahiblərini tapıb. Finalda Norveçli Maqnus Karlsen hindistanlı Rameşbabu Praqqnanandhanı məğlub edib - 2,5:1,5.

3-cü yer uğrunda görüşdə isə şahmatçımız Nicat Abasov ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub. Tay-brekdəki hər iki oyunda qalib gələn Karuana yarışın bürünc medalını qazanıb. Abasov isə dünya kubokunda 4-cü olub.