Bakıda keçirilən şahmat üzrə dünya kuboku sona yaxınlaşır.
"Football-plus.az" xəbər verir ki, turnirin medalçılarının taleyinə tay-brekdə aydınlıq gələcək. Finalın ikinci oyununda Maqnus Karlsen Rameşbaba Praqnanandxa ilə heç-heçə edib. Tərəflər ilk oyunda da bərabərə qaldığından qalib sabah tay-brekdə məlum olacaq.
Təmsilçimiz Nicat Abasov isə Fabiano Karuanaya uduzub. İlk oyunda qrossmeysterimiz qalib gəldiyindən ümumi hesab bərabərləşib. Qalib sabah tay-brekdə bəlli olacaq.