Bakıda keçirilən Dünya Kubokunun oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz Nicat Abasov 1/8 final mərhələsinin cavab oyununda qara fiqurlarla BƏƏ təmsilçisi Saleh Salemlə qarşılaşıb və ilk görüşdə olduğu kimi burda da qalib gələrək 1/4 finala vəsiqə əldə edib.
Beləliklə də şahmatçımız tarixində ilk dəfə Dünya Kubokubun 1/4 final mərhələsinə adlayıb. Nicatın növbəti rəqibi Yan Nepomnyaşi - Santoş Vidit cütünün qalibi olacaq.