Əliyar Ağayev "Panatinakos" - "Aris" matçında nə ilə yadda qaldı?

2.05.2022 11:25 606
Dünya futbolu
Əliyar Ağayev Yunanıstan superliqasında daha bir oyunu idarə edib.

FIFA referisi adıçəkilən ölkənin futbol federasiyasının dəvəti ilə "Panatinaikos" " Aris" matçından söz sahibi olub.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev görüşdə qonaqların üzvlərinə 6 sarı, 1 qırımızı vərəqə göstərib.

Qeyd edək ki, azərbaycanlı hakim bu mövsüm artıq 4-cü dəfədi ki, Yunanıstan superliqasında oyun idarə edir.