Nicat Abasovun rəqibi bəlli oldu

21.08.2023 20:21 220
İdman
Bakıda təşkil olunan dünya kuboku sona yaxınlaşır.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasovun 3-cü yer uğrunda oyunda qarşılaşacağı rəqib müəyyənləşib. 28 yaşlı qrossmeyster Fabiano Karuana (ABŞ) ilə üz-üzə gələcək.

Qeyd edək ki, həlledici görüşlər avqustun 22-24-də baş tutacaq.