Sloveniya təmsilçisi "Qarabağ" üçün bu addımı atdı

20.08.2023 22:51 3 228
Manşet / Avropa Liqası
Gələn həftənin cümə axşamı günü avrokuboklarda tək təmsilçimiz olan "Qarabağ" növbəti matçına çıxacaq.


"Football-plus.az" xəbər verir ki, "köhlən atlar" Avropa Liqasının pley-offunda "Olimpiya" (Lyublyana) ilə qarşılaşacaq. Bu komandalar arasında baş tutacaq cavab qarşılaşması isə avqustun 31-i Bakıda keçiriləcək. Sloveniya təmsilçisi paytaxtımızdakı görüşlə bağlı maraqlı qərar verib. "Olimpiya" ayın 29-u Bakıda olacaq. Komanda Bakı Olimpiya Stadionunda 1 məşq də keçəcək. Bunun üçün BOS-a müraciət də olunub. Görünür, portuqaliyalı mütəxəssis paytaxtımızda hökm sürən isti havadan xəbərdardı. Bu səbəbdən şəhərə daha çox uyğunlaşmaq üçün belə bir addım atılmasını qəbul edib.

İLKİN SULTANLI