Belçika təmsilçisini münasib rəqib saymaq olar. Görəsən, Bakıda keçiriləcək ilk qarşılaşmaya hansı arena evsahibliyi edəcək?
Redaksiyamıza bununla bağlı məlumat daxil olub. Mənbənin iddiasına görə, görüş Bakı Olimpiya stadionunda baş tutacaq. “Football-plus.az” olaraq xəbəri dəqiqləşdirmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
“Bu məsələ hələ heç müzakirə mövzusu belə olmayıb. Hələ ki Tofiq Bəhramov adına Respublika stadionu əsas seçimimizdi”.
İLKİN SULTANLI
