• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vüqar Əliyev yerli məşqçilərin diqqətdən kənarda qaldığını deyir - MÜSAHİBƏ

İdman / Müsahibə

19-08-2023, 22:0

Ölkəmizin qadın voleybolçulardan ibarət yığması dünən Avropa çempionatında ilk oyununu keçirdi.

"Football-plus.az" xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komanda turnirə Çexiya üzərində inamlı qələbə (3:0 – 25:21, 25:10, 25:15) ilə başladı. Ötən qitə birinciliyinə isə yığmanı Vüqar Əliyev aparmışdı. Onunla əlaqə saxlayıb, bəzi məsələlər ətrafında söhbətləşdik.

- Sonuncu, yəni 2021-ci ildəki Avropa çempionatında yığmanın baş məşqçisi siz idiz, nəticə isə ürəkaçan olmadı. Onda komandanın sonuncu yeri tutmasına nə səbəb oldu?
- Düzdü, son turnirdə yaxşı çıxış etmədik. 24 komanda arasında sonuncu olduq. Onda pandemiyadan çıxmışdıq. İki il məşq edə bilməmişdik. Komandanı əvvəlki səviyyəyə gətirmək çox çətin idi. 14 voleybolçudan 9-u orta sahə oyunçusu idi. Qəbuledicimiz yox idi. Hətta o yarışa getməmiş komandanın baş məşqçisi yox idi. Bir sıra mütəxəssislərə təklif etdilər, lakin heç kim bu ağır yükün altına girmək istəmədi. Federasiyaya təşəkkür edirəm ki, mənə bu vəzifəni tapşırdılar. Turnirdən sonra mənim haqqımda mənfi fikirlər söylədilər. Bu mənim özümə də təsir etdi. Amma arzum odu ki, son AÇ-dəki nəticəni bir daha təkrarlamayaq. 

- Ölkə voleybolunun hazırkı durumu sizi qane edirmi? Özünüz də vurğuladız ki, pandemiyadan sonra voleybolda eniş yaşandı. Yeganə səbəb budu?
-  Düzdü, hər şeyi pandemiya ilə əlaqələndirmək yaxşı çıxmaz. Lakin karantin dövrü də ölkə idmanına zərər vurdu. Zallar, stadionlar bağlı oldu, turnirlərə hazırlaşa bilmədik. Bu şeyləri mütəxəssislər başa düşür, ancaq azarkeşlər bizdən yalnız qələbə gözlədiyi üçün tənqidlər də olur.

- Ölkə voleybolunu əvvəlki səviyyəyə gətirmək üçün nələr etmək lazımdı?
- Federasiyanın sabiq prezidenti Cavid Qurbanovun dönəmində çox yaxşı işlər gedirdi. Cavid müəllim ölkə voleyboluna çox xeyir verdi. Buna görə də ona təşəkkür etmək istəyirəm. İndi də Şahin Bağırov bu yolu davam etdirir. O da gənclərə böyük diqqət ayırır. Amma bir məqamı qeyd etmək istəyirəm ki, yerli məşqçilərə diqqət azdı. Bizim gördüyümüz işlər qabardırılmır. Mən 1999-cu ildən məşqçiliyə başlamışam. İlk müəllimim Faiq Qarayev olub. Allah onun canını sağ eləsin. 2002-ci ildə Faiq müəllimlə birgə Avropa kubokunu qazanmışıq. Onda mən 4-cü məşqçi idim. İndiki çalışdırıcılar 5-6-cı məşqçi funksiyasını yerinə yetirir, amma böyük mütəxəssis olmağından danışır. Bizim isə nəticələrimiz göz önündədi. 2006-cı ildə dünya çempionatında baş məşqçinin köməkçisi olmuşam. 2011-də klubla avrokubokları qazanmışıq. 4 dəfə DÇ-də, 10 dəfə AÇ-də iştirak etmişik. Azərbaycanda bu qədər turnirə qatılan idman növü yoxdu. Arzum odu ki, bütün idman növləri üzrə Olimpiya Oyunlarında iştirak edək.

- Əvvəllər güclü komandalarımız var idi. Məsələn, "Rabitə"ni qeyd etmək olar...
- Bu gün bir qurum ölkə voleybolunu idarə edir. Bu da çox çətin durumdu. O zaman "Rabitə"ni nazirlik malliyələşdirirdi. Komandanın əsas heyətində bir yerli voleybolçu çıxış edirdi. O da Natalya Məmmədova idi. “Rabitə” 7 il ölkə çempionu oldu. Bu illər ərzində 6 məşqçi dəyişdilər. Komandanın “oturuşmuş” heyəti var idi. Oyunçular bir-birini çox yaxşı başa düşürdü.  "Azerreyl", "Lokomotiv"  kimi komandaların maliyyə ilə təmin olunan yerləri var idi. İndi isə hər şey fərqlidi. Son vaxtlar Azərbaycan Dəmir Yolları bütün komandalarımıza sponsorluq edir. İstəyərdim ki, əvvəlki sponsorlar qayıtsın, yerli məşqçilərə inansınlar. Eldar Yusubov, Famil Ağayev, Ziya Rəcabov, Emin Əbilov kimi güclü mütəxəssilərimiz var. Onlara inanmaq lazımdı. Federasiya yerli çalışdırıcılara güvənsə, çox gözəl nəticələr əldə edə bilərik.

- Builki ölkə çempionatı barədə nə deyə bilərsiz?
- 6 komanda liqada çıxış edəcək. Legioner limiti də yoxdu. Yeni komanda da yaranıb - Gəncəni təmsil edən "Buta". Baş məşqçi vəzifəsinə məni gətiriblər. Rəhbərliyə mənə inandığı üçün təşəkkür edirəm. İnşallah, azarkeşlərimiz yenidən oyunlarımıza baxmağa gələrlər. 2000-ci ildə "Azərreyl"lə İsrail klubuna qarşı oyunda fanatlarımızın necə çılğınlıq göstərdiyini gördüm. Yadımdadı, o vaxt belə bir söhbət olmuşdu ki, hansısa kənddə işıqlar sönüb və voleybolun finalına baxmaq üçün generator alıblar. İnşallah, belə günlər yenə qayıdar. Şükürlər olsun, federasiya da bununla bağlı ciddi işlər görür. Biz də təcrübəmizlə ölkə voleyboluna xeyir vermək istəyirik. 

CAVİD ƏLİYEV 

Paylaş:
Digər xəbərlər

İdman

15-05-2023, 16:0

Qadın voleybolçulardan ibarət millimizə yeni baş məşqçi təyin olundu

İdman

19-08-2023, 11:0

Polina qələbəyə 17 xalla töhfə verdi

İdman

17-08-2023, 20:0

“Mən olsaydım, Ülkərlə Şəfaqəti də aparardım” – Atamanın seçimini bəyənmədi

İdman / Manşet

18-08-2023, 23:0

Voleybol millimiz Avropa çempionatına inamlı qələbə ilə başladı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə