Komanda quruldu, məşqçisi əməliyyat masasına uzandı

17.08.2023 21:11 329
İdman / Manşet
Oktyabrda start götürəcək kişi basketbolçular arasında ölkə çempionatında 10 komandanın mübarizə aparacağı haqda daha əvvəl məlumat vermişdik. Liqanın debütantı “Baku Qesko”du. Paytaxt təmsilçisini türkiyəli mütəxəssis Murad Dikmən çalışdıracaq.

Komanda haqda məlumat almaq istəsək də, baş məşqçinin yüngül əməliyyat keçirməsi və kollektivin tam hazır olmaması buna imkan vermədi. Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun “Football-plus.az”a açıqlaması:
“Hazırda komanda qurulur. Oyunçuların transferləri ilə bağlı işlər gedir. Sentyabrın ilk həftəsində bütün klublar haqda məlumat veriləcək. O zaman liqada çıxış edəcək klubların rəsmiləri mətbuat konfransı keçirəcək. Media nümayəndələri üçün maraqlı olan suallara orda ayıdınlıq gələcək”.


CAVİD ƏLİYEV