''Fənərbaxça'' bu dəfə gələcəyə yönəlmiş transfer ilə diqqət çəkib.
"Football-plus az" xəbər verir ki, İstanbul nəhəngi istedadlı misirli müdafiəçi Omar Fayedi heyətinə qatıb.
20 yaşlı futbolçu ilə dördillik müqavilə imzalanıb. Maddi detallar barədə məlumat verilmir. Öz ölkəsinin gənclər yığmasının şərəfini qoruyan futbolçu ilk dəfə Avropada çıxış edəcək. Misir təmsilçisi ''Əl-Mokaulun''un yetirməsi olan Fayed ötən mövsümü məhz bu klubda keçirmişdi.
''Transfermarkt''a inansaq, hazırda gənc müdafiəçinin dəyəri 500 min avrodu.