• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İsmayılı qovan Delajod, zülmkar Frankovski, sirli Veinberger...

Manşet / Avrokuboklar

17-08-2023, 12:0

Bu gün klublarımız avrokuboklardakı cavab görüşlərini keçirəcəklər.

“Qarabağ” Avropa Liqasının 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdırmağa çalışacaqsa, Konfrans Liqasının eyni təsnifat mərhələsində Serbiya “Partizan”ı “Sabah”la, “Neftçi” Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gələcək. UEFA bir neçə gün öncə sözügedən oyunlar üçün hakim təyinatlarını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Helsinkidəki “Bolt Arena”da reallaşacaq HİK – “Qarabağ” matçı Fransadan olan hakimlər briqadasına tapşırılıb. Villi Delajod baş, Ervan Finjön və Filip Jönne köməkçi hakim kimi iş başında olacaq. Tomas Leonard ehtiyat referi təyin olunub. “Sabah”ın səfər matçının taleyi isə polşalı ədalət təmsilçilərindən asılıdı. Qarşılaşmanın baş hakimi Bartoş Frankovskiyə yan xətt hakimləri Marçin Boniyek və Yakub Vinkler kömək edəcək. Ehtiyat hakim Patrik Qriçkieviç olacaq. Nəhayət, “Neftçi”nin çətin “Beşiktaş” sınağını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Yulian Veinberger olacaq. Ona yan xətdə Andreas Vitşçniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Stefan Ebner olacaq. Beləliklə, ənənəvi hakim təhlininə keçid alaq.

Villi Delajod... 30 yaşlı fransalı ölkəsinin Liqa 1 və Liqa 2 çempionatlarında məşhurdu. Qalmaqallı referilərdən olduğunu demək olmaz. Əsasən qanunauyğun qərarları ilə seçilən hakim təcrübəlilər sırasındadı. Liqa 1-də idarə etdiyi 91 matçda 331 sarı, 29 qırmızı, Liqa 2-dəki 55 oyunda isə 199 sarı, 15 qırmızı vərəqə ilə futbolçuları cəzalandırıb. Delajod 8 illik karyerası ərzində 2 U-21 Avropa Çempionatı, 4 Konfrans, 1 Avropa, 1 Gənclər Liqaları görüşü, 4 U-17 AÇ-2022, 2 U-21 AÇ-2019, 7 beynəlxalq yoldaşlıq matçı, həmçinin 19 Fransa kuboku, 1 Portuqaliya çempionatı qarşılaşması idarə edib.

HİK – “Qarabağ” matçının ədalət qoruyucusu bizə tanışdı. Delajod Konfrans Liqasının 2021/22 mövsümünün pley-off mərhələsində Bakıda keçirilən “Neftçi” – “Makkabi” (Hayfa) (3:3) matçını idarə edib. Həmin matçda əlini 11 dəfə vərəqə üçün cibinə salıb. Maraqlıdı ki, 6 sarı, 1 qırmızı “ağ-qaralar”a, 4 sarı isə qonaqlara göstərilib. “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı meydandan qovulub. Bizimkilərin ilk dəqiqələrdən xeyli qayda pozuntusu etdiyini də vurğulamaq lazımdı. Hər halda, oyun ətrafında ciddi hakim narazılığı gündəmə gəlməyib. Görüşdə 29 qayda pozuntusu qeydə alınıb.

Delajod indiyə qədər 208 matçda meydana çıxıb. O, bu oyunlarda ümumilikdə 774 sarı, 66 qırmızı vərəqə göstərib.

Bartoş Frankovski... 36 yaşlı polşalı ölkəsinin yüksək liqa matçlarında tanınır. Referi xüsusilə yerli çempionatdakı idarəçiliyi üzündən arzuolunan hakimlər sırasında deyil. Mərhəmətsiz fit sahibinin idarə etdiyi matçlar müzakirə doğuran qərarlarla yadda qalır. Qəzetimizin “Hakimlərin mühakiməsi” rubrikasında Frankovskiyə yer versək, tənqid üçün xeyli faktdan istifadə edə bilərik. O, Polşada idarə etdiyi 277 çempionatı matçında 1211 sarı, 66 qırmızı vərəqə göstərib. Fit sahibi 13 illik karyerası ərzində 3 Çempionlar, 4 Konfrans, 12 Avropa, 10 Gənclər, 5 Millətlər Liqası, 23 Polşa kuboku və 6 beynəlxalq yoldaşlıq oyunlarında ədaləti təmsil edib. Bundan başqa, U-17, U-19 və U-21 yığmalarının Avropa çempionatı sınaqlarını idarə edib. Maraqlıdı ki, qeyd olunan matçlarda da onun haqda xeyli irad səsləndirilib.

“Patizan” – “Sabah” matçının da baş hakimini tanıyırıq. Fit sahibi Çempionlar Liqasının 2019/20 mövsümündə 2-ci təsnifat mərhələsində keçirilən "Dundalk" - "Qarabağ" qarşılaşmasını (1:1) idarə edib. Oyunda “köhlən atlar”ın futbolçuları 2 sarı vərəqə ilə cəzalandırılıb. Bundan başqa, AÇ-2024-ün seçmə mərhələsində keçirilən Avstriya - Azərbaycan matçında da (4:1) baş hakim olub. Frankovski əsas yığmamızın üzvlərini 5, rəqibi isə 1 sarı vərəqə ilə cəzalandırıb. Maraq üçün əlavə edək ki, onu həmçinin DÇ-2018-in seçmə mərhələsinin Norveç -Azərbaycan oyununda 4-cü hakim rolunda izləmişik.

Polşalı indiyə qədər 423 qarşılaşma idarə edib. O, bu oyunlarda ümumilikdə 1858 sarı, 100 qırmızı vərəqə göstərib.

Yulian Veinberger… Avstriyalı hakimin ulduzu bundesliqada parlayıb. Ədalət təmsilçisi kimi meydana çıxdığı ilk matçlardan ölkəsinin idman jurnalistləri tərəfindən geniş təbliğ edilib. Onun haqda ciddi qanun pozuntularından bəhs edilən tənqidi məqalələrin sayı yox dərəcəsindədi. Bunun səbəbini indiyə qədər çətin sınaqlarda çox görünməməsi ilə də əlaqələndirmək olar. Avstriya bundesliqasında 114 matç idarə edən hakim 487 sarı, 34 qırmızı vərəqə ilə futbolçuları cəzalandırıb.

Sözün düzü, Veinberger aparıcı turnirlərdə zəngin təcrübəyə malik deyil. Buna baxmayaraq, meydana çıxdığı oyunlarda yaxşı nəticələrlə yadda qalır. 38 yaşlı ədalət təmsilçisi 15 illik karyerası ərzində 1 Çempionlar, 1 Avropa, 6 Konfrans, 5 Gənclər Liqası oyunları, həmçinin 2 U-17, 4 U-19 və 2 U-21 yığmalarının Avropa çempionatı matçında meydana çıxıb. Bu hakimin yolları Azərbaycan təmsilçiləri ilə kəsişməyib.

Veinberger indiyə qədər 303 matç idarə edib. O, bu qarşılaşmalarda 1376 sarı, 108 qırmızı vərəqə göstərib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

11-08-2023, 22:0

"Neftçi" və "Sabah"ın matçının hakimləri bəlli oldu

Aktual

23-03-2023, 12:0

Polşalı hakim Bakıda nəyin şahidi olub?

Avropa Liqası

3-08-2023, 15:0

"Qarabağ"ın HİK-lə oyunlarına hakim təyinatları

Konfrans Liqası

4-08-2023, 15:0

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın oyununun vaxtı və təyinatları açıqlanıb

Manşet / Avropa Liqası

11-08-2023, 23:0

“Qarabağ”ın matçının hakim təyinatları açıqlandı

Manşet / Avropa Liqası

17-08-2023, 21:0

"Qarabağ" Avropa Liqasının pley-offunda - YENİLƏNİB

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 00:16
    “Bəzi mövqelərə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik” – Zaur Həşimov
  • Dünən, 23:55
    “Bu mövsüm İssa ilə Qismət arasında rotasiya edəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:32
    "Kaş, Səbuhi belə etməzdi" - Filipe Kandido
  • Dünən, 23:12
    "Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Dünən, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Dünən, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Dünən, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Dünən, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Dünən, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Dünən, 19:56
    Londondan Madridə yollandı
  • Dünən, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Dünən, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Dünən, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Dünən, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 17:25
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Dünən, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Dünən, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Dünən, 15:31
    Niderlanda yollanacaq
  • Dünən, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Dünən, 14:29
    Milandan Turinə yollana bilər
  • Dünən, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Dünən, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 12:56
    MS-ni tərk edə bilər
  • Dünən, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Dünən, 11:54
    Romadan Milana üz tuta bilər
  • Dünən, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Dünən, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Dünən, 10:31
    London klubunda yeni futbolçu
  • Dünən, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Dünən, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • 15-08-2026, 23:0
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • 15-08-2026, 23:0
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • 15-08-2026, 23:0
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
Daha çox
Oxunub: 338
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 134
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 124
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə