"Neftçi" və "Sabah"ın matçının hakimləri bəlli oldu

11.08.2023 22:15 292
Manşet / Konfrans Liqası
"Sabah" və "Neftçi" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, komandalarımızın cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb. "Partizan" - "Sabah" görüşünü polşalı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler kömək edəcək. Matçın 4-cü hakimi Patrik Qriçkeviç təyin olunub.

"Beşiktaş" - "Neftçi" matçının baş hakimi isə avstriyalı Julian Veynberger olacaq. Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, hər iki görüş 17 avqustda keçiriləcək. "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21.00-da, "Partizan" - "Sabah" görüşü saat 23.00-da başlayacaq.