Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, toplantıda 2-ci Liqada yarışacaq komanda sayı müzakirə edilib. Qərara əsasən, iştirakçıların sayı 12-dən 14-ə yüksəldilib.
Qusarın "Şahdağ" və Daxili İşlər Nazirliyinin "Dinamo" komandaları yeni mövsümdə 2-ci Liqada mübarizə aparacaq.
Daha əvvəl "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz"ın çempionatda iştirakı dəqiqləşmişdi.