Futzal üzrə ikinci liqada 2022/23 mövsümündə iştirak edəcək komandaların sayı və adları müəyyənləşib.
Football-plus.az xəbər verir ki, qalib adı uğrunda 10 komanda – “Baku Fire-2”, “Dalğa”, “Bibi-Heybət”, “Xan-Lənkəran”, “Advokat”, “Zəngilan”, FHN, “Timsport”, “Rəvan” və “Flaqman” – mübarizə aparacaq.
Qeyd edək ki, “Zəngilan” komandasının ikinci liqada iştirak etməklə bağlı müraciəti müsbət dəyərləndirildiyinə görə, “STAR Kargo” Birinci Liqada yarışacaq. İkinci Liqada da komandalar 2 dövrə mübarizə aparacaq, sonda ilk 4 yeri tutacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq.