Bu isə o deməkdi ki, iki oyundan sonra maksimum xalla zirvədə qərarlaşan "qartallar" Bayıl səfərində də qələbəyə iddialıdı. "Football-plus.az" saytı “Dənizçilər” azarkeş qrupunun rəhbəri, həmçinin klubla fanatlar arasındakı əlaqələndirici Atif Rüstəmlinin bu təhdidlə bağlı fikirlərini öyrəndi:
“Zirə" xoş gəlir. "Səbail" zonası gələn qonağa “xoş gəldin” deyər həmişə. Zirəliləri əliboş yola salacağıq. "Neftçi" ilə oyunda göründü ki, komandamız istənilən rəqibə baş ağrısı ola bilər və olacağıq. Bu oyunla bağlı qısa deyim ki, biz rəqiblə yox, hakimlə 1:1 etdik. İki ildi hakimlərdən çəkdiyimiz var. Sözüm o ki, "Zirə" ilə oyunda da döyüşəcəyik. İnşallah, referi də oyunu ədalətli idarə edər".
ABDULLA İSMAYILOĞLU






