Fanatları “Zirə” ilə bağlayan nədi?

1.08.2023 17:50 258
Aktual / Ölkə futbolu
“Zirə” ötən mövsümün sonunda zəif çıxışla yadda qaldı. Bunun nəticəsidi ki, qəsəbə təmsilçisi mükafatçılar sırasında yer almadı.

Çempionat başa çatandan sonra "qartallar" da köklü dətişikliklər baş verdi. Demək olar ki, Rəşad Sadıqov komandanı yenidən qurur. Bəs azarkeşlər "Zirə"dən nə gözləyir?

Klubla azarkeşlər arasında əlaqələndirici Elgün Cəfərli "Football-plus.az" saytına bunları dedi:

"Hələ klubla görüşməmişik. Amma yaxın günlərdə planlayırıq. Ümumi götürəndə fanatlarımızın istər tribuna, istər şüarlar, istərsə də təşkiıatçılıq və dəstək ilə bağll yeni ideyaları var. Biz də onları dinləməyə və lazımi kömək etməyə hazırıq. "Zirə" fanatları titullar qazandığımıza və ya bu kimi uğurlara görə yox, komandamızı sevdikləri üçün yanımızdadılar".

ABDULLA İSMAYILOĞLU