Oluvaseun Timilehin – bu ad-soyadı əzbərləyin...

15.08.2023 17:53 3 419
Ölkə futbolu
Dünən əvəzedicilər liqasında 2-ci turun texniki nəticələrinə nəzər salarkən bir məqam diqqətimizi çəkdi. Səfərdə “Sumqayıt-2” ilə qarşılaşan "Sabah-2" meydandan böyükhesablı qələbə ilə ayrılıb - 5:2. “Tələbələr”in heyətində Oluvaseun Timilehin dubl edib.

Bu futbolçu hardandı, “Sabah”a necə qoşulub? Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Football-plus.az"a açıqlamasında bunları dedi:

"Bəhs etdiyiniz futbolçu nigeriyalı hücumçu Oluvaseun Timilehindi. 2005-ci il təvəllüddü. Əvəzedici komandamızın məşqçilər heyəti oyunçunu bəyənib və bu komandaya cəlb edilib. 1 illik icarə əsasında Nigeriyanın "Laqos" klubundan icarəyə götürülüb".


CAVİD ƏLİYEV