Fred “Fənərbaxça”da

11.08.2023 23:51 206
Dünya futbolu
“Mançester Yunayted"in futbolçusu Fred komandanı tərk edib.

“Football-plus.az” xəbər verir ki, o, karyerasını "Fənərbaxça"da davam etdirəcək. Bunu İstanbul klubunun mətbuat xidməti açıqlayıb. Braziliyalı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə olunub. O, sabah tibbi müayinədən keçmək üçün Türkiyəyə gedəcək.