• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Keyn “Bavariya”da olacaq, yoxsa olmayacaq?

Dünya futbolu

9-08-2023, 19:0

Bu yayın iki transfer dastanı var.

“Football-plus.az” xəbər verir ki, bunlardan birinin mərkəzində Kilian Mbappe, o birinin mərkəzində isə Harri Keyn dayanıb. Fransalı ulduzla bağlı az qala hər sayımızda yazırıq. Bəs Keynin mümkün transferi ətrafında durum necədi?

“Bavariya”nın son təklifi də rədd olundu

ESPN-in yaydığı xəbərə görə, “Bavariya”nın bossları forvarda görə sonuncu dəfə 100+20 milyon avro təklif edib və cavab vermək üçün avqustun 5-nə qədər vaxt qoyub. Münhen klubu bildirib ki, təklif təsdiqlənməsə, diqqəti başqa oyunçulara yönəldəcək.

“The Telegraph” güman edir ki, rəhbərliklərin danışığından sonra anlaşma əldə oluna bilər. Düzdü, “Sky Sports”dan Floriant Plettenberq ultimatum variantını təsdiqləmir, yalnız pulun məbləğini xatırladır. Onun dediyinə görə, münhenlilər bir neçə gün də gözləyə bilər, əsas odu ki, iki klubun rəhbərləri arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır. “The Athletic” yazır ki, “Bavariya” Keynin özünə ildə 25 milyon funt maaş vəd edir. Onun maaşı “Tottenhem”dəki ilə müqayisədə iki dəfədən də çox artacaq.

Avqustun 5-də Londondan heç bir cavab gəlmədi. “Bild”in informasıyasına görə, “Tottenhem”in prezidenti Deniel Levi “Bavariya”nn ultimatumunu vecinə almayıb və ailəsi ilə birgə ikihəftəlik məzuniyyətə - Mayamiyə yollanıb. Belə güman olunur ki, o, bu yolla “Bavariya”dan daha səxavətli təklif almaq istəyir.

“Bavariya” 70 milyondan başlamışdı

Hadisələrin inkişaf xronikasına baxaq.

• İyunun sonunda “Bavariya”nın Keynlə danışıq apardığı məlum oldu. Tezliklə Münhen klubunun “Tottenhem”ə ilk təklifi də açıqlandı – 70 milyon avro + bonuslar. İngiltərə klubu imtina etdi.

• “Bavariya” iyulda təklifi bonuslarla yanaşı, 80 milyona qaldırdı. “Tottenhem” bu təklifi də geri çevirdi.

• Sonradan “Daily Mail” açıqladı ki, “Tottenhem” Keyni 140 milyon avroya dəyərləndirir. Belədə “Bavariya”nın qışda bu mövzuya dönə biləcəyi ilə bağlı xəbərlər gəzməyə başladı.

• Almaniya mediasına inansaq, Keyn özü Tomas Tuxellə Çempionlar Liqasını qazanmaq üçün yalnız “Bavariya”ya keçmək istəyir. İngiltərəli ulduz klubla yaxşı münasibətləri qorumaq üçün transferə çıxarılmasını tələb etmək fikrində deyil. İyulun 2-ci yarısında bəlli oldu ki, Keyn “Tottenhem”lə müqavilə müddətini uzatmaq istəməyib. Onun birillik müqaviləsi qalır, 2024-ün yayında artıq klubdan havayı ayrıla bilər. 30 yaşlı futbolçuya görə 100 milyon avro isə heç də aşağı məbləğ deyil.

Bəs başqa klublar niyə müdaxilə etmir?

Belə görünür ki, yeganə real variant “Bavariya” ilə bağlıdı.

• “Mançester Yunayted” çoxdan forvarda maraq göstərir, ancaq “Tottenhem”in prezidenti birbaşa rəqibi gücləndirmək istəmir. Əvvəllər MY-nin yüksək qiymət üzündən Keyndən imtina etdiyi deyilirdisə, iyulun sonunda “The Guardian” yazdı ki, klub hələ bu futbolçunun namizədliyindən vaz keçməyib. Ancaq Ten Haq hücum xəttinə 70 milyon müqabilində Rasmus Heylunnu gətirəndən sonra artıq Keyn variantının üzərindən xəttə çəkmək olar.

• “Real” Keyni gözardı etməsə də belə, prioriteti Kilian Mbappedi. Həm də ingiltərəli hücumçuya görə 116 milyon avro İspaniya klubu üçün nəhəng məbləğdi.

• İyunda PSJ-nin marağı haqda da danışırdılar. Ancaq Keyn özü bu klubla danışıq aparmaq istəmədi. Düzdü, PSJ və “Tottenhem” rəhbərləri arasında müəyyən təmas olub. Guya Keynin xanımı Parisdə daşınmaz əmlakın qiyməti ilə də maraqlanıb.

• Qəfil “Barselona” adı da mediada göründü. Ancaq söhbət yalnız 2024-ün yayında azad agent kimi keçiddən gedir. Hücumda Keynlə Robert Levandovskinin tandemi möhtəşəm görünərdi, eləmi?!

Premyer-liqanın startına cəmi 3 gün qalır. “Tottenhem” “Brentford”a qarşı oyunla başlayır, ardından MY-ni qəbul edir. Amma Keynlə, yoxsa onsuz – çox maraqlıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-08-2023, 21:0

Keynin şərti var

Dünya futbolu

12-09-2022, 11:0

"Bavariya"dan Harri Keyn açıqlaması

Dünya futbolu

2-08-2023, 11:0

“Bavariya” ona görə 100 milyon avro təklif etdi

Dünya futbolu

4-05-2023, 23:0

“Bavariya” onun transferindən imtina etdi

Dünya futbolu

23-07-2023, 22:0

Keyn üçün növbəti müştəri

Dünya futbolu

17-07-2022, 23:0

“Bavariya” 75 milyon verir, “Yuventus” 90 milyon istəyir

Aktual
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Son xəbərlər
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
Daha çox
Oxunub: 208
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə