• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Musa “Yurqorden” azarkeşlərindən vaxt istədi - MÜSAHİBƏ

Manşet / Müsahibə

10-08-2023, 15:0

Millimizin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Musa Qurbanlı iyulun əvvəlində “Yurqorden”ə transfer olundu.

Gənc futbolçu İsveç klubu ilə 3 illik müqavilə imzaladı. 4 oyunda (İsveç çempionatında 2, Konfrans Liqasında 2) meydana çıxan hücumçu hələ ki nə məhsuldar ötürmə verib, nə də qol vurub. “Yurqorden” isə avrokuboklardakı ilk mərhələdə İsveçrə “Lütsern”inə məğlub olmaqla (ümumi hesab – 1:3) mübarizəni dayandırıb.

"Football-plus.az" xəbər verir ki, Musa srağagün məşqdən sonra İsveçin məşhur “Forum 1891” nəşrinin suallarını cavablayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Yüksək gözləntilərə baxmayaraq, azarkeşləri sevindirə bilməmisən. Onlar səndən qol partlayışı gözləyir...
- Məşqlərdə çox çalışıram. İsveç futbolu daha fərqlidi. Düzgün formamı tapmaq üçün daha bir neçə matçda iştirak etməliyəm. Bura uyğunlaşmaq zaman alacaq. Narahat deyiləm. Yaxşı işlər görəcəyimə inanıram.

- “Yurqorden” tərəfdarları ən yaxşı formanı görmək üçün səbirsizlənir. Buna nə vaxt nail olacaqlar?
- İsveç çempionatında mövsümün ortasıdı. Mən isə Azərbaycandan yay fasiləsində gəlmişəm. Burdakı oyunçular daha hazır formadadı. Üstəlik müqavilə bağladıqdan sonra Bakıya qayıtdığım üçün 10 gün məşqlərdən yayındım. Azarkeşlər mənə vaxt versinlər. Üzərimdə işləyirəm ki, hədəfə daha tez çatım.

- Baş məşqçi dəfələrlə sənə güvəndiyini deyib. Riskli olsa da, Konfrans Liqasında şans verdi ki, özünü sübut edəsən. Lakin bu dəfə də alınmadı. Üstəlik “Yurqorden” məğlub oldu...
- Mərhələni adlamağı çox istəyirdik. Təəssüf ki, bacarmadıq. “Lütsern”lə matç çox çətin keçdi. Daha yaxşı oynaya bilərdim. Ümumiyyətlə, performansımdan razı qalmağı xoşlamıram. Azərbaycan premyer-liqasında bir matçda 1-dən çox qol vurduğum hallarda belə özümü xoşbəxt hiss etmirdim. Çünki həmişə daha yaxşısını etmək istəyirəm.

- Növbəti plan nədi?
- Bazar günü “Göteborq”la matç var. Bu oyuna ciddi hazırlaşırıq. Səfər qarşılaşması olduğu üçün yükümüz ağırdı. Hazırda rəqibi təhlil edirəm ki, necə oynamalı olduğumu bilim.

- “Yurqorden”də bir neçə bacarıqlı hücumçu var. Səni güclülərlə rəqabət gözləyir. Start heyətində yer almaq çətin olacaq...
- Rəqabətdən qorxmuram, əksinə, xoşuma gəlir. Oyunçu kimi inkişaf etməyin daha rahat yolu yoxdu. İşim ən yaxşı şəkildə çıxış etməyə fokuslanmaqdı. Bu həm də komanda kimi formalaşmağa kömək edəcək.

- Bir aydı Stokholmdasan. Özünü necə hiss edirsən? Bilirsən ki, buranın ab-havası qəribədi. Yeni gələnlərin əksəriyyəti üçün uyğunlaşmaq çətin olur.
- Elə düşünmürəm. İsveçi sevirəm. Xüsusilə Stokholmun havası şox yaxşıdı. Yağışlı günlərdən zövq alıram. Azərbaycanda belə deyil. Bu ərəfələr 40 dərəcəyə qədər isti olur. Ancaq qışdan qorxuram (gülür). Eşitmişəm ki, burda qış ayları çox soyuq olur. Eybi yox, hər halda, dözə biləcəm. Əsas insanların davranış tərzidi. Yaxşı ki, burda hər kəs mehriban və səmimidi. Qonaqpərvər adamların gülüşündən həzz alıram...

- “Yurqorden” azarkeşləri gündəlik həyatınla maraqlanır. Boş vaxtlarını necə dəyərləndirirsən?
- Məşqdən sonra dincəlməyə və heç bir şey etməməyə çalışıram. Daha sonra sağlamlığıma faydalı olacaq işlərlə məşğul oluram. Bəzən şəhəri gəzirəm. Qəhvə içmək və alış-veriş etmək məni rahatlaşdırır. Məncə, gündəlik həyatım başqa insanların etdiklərindən fərqli deyil. Sadəliyə üstünlük verirəm.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

4-08-2023, 10:0

Musa Qurbanlının komandası Konfrans Liqası ilə vidalaşdı

Aktual

22-07-2023, 19:0

Musa üçün uğursuz debüt: "Elfsburq" "Yurqorden"i darmadağın etdi - YENİLƏNİB

Manşet

6-07-2023, 16:0

Musa Qurbanlını “Yurqorden”ə keçməyə kim razı salıb?

Ölkə futbolu

23-07-2023, 13:0

"Daha güclü qayıdacağıq"

Ölkə futbolu

15-07-2023, 17:0

Musa Qurbanlı "Yurqarden"də ilk məşqinə çıxıb - FOTO

Manşet / Konfrans Liqası

27-07-2023, 22:0

Musa Qurbanlı oynadı, komandası uduzdu

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə