"Daha güclü qayıdacağıq"

23.07.2023 13:50 276
Ölkə futbolu
Millimizin futbolçusu Musa Qurbanlı "Yurqorden"də debüt etməsi haqda fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, o, İsveç çempionatının 17-ci turunda "Elfsburq"la görüşün 58-ci dəqiqəsində meydana çıxıb. Oyun "Yurqorden"in məğlubiyyəti ilə başa çatıb - 0:4. Musa matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib:

"Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq".


Qeyd edək ki, 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.