Neymar növbəti dəfə “Barsa”ya təklif olunub

9.08.2023 20:15 231
Dünya futbolu
Demək olar ki, hər yay Neymarı “Barselona”ya “qaytaran” qaynaqlar tapılır.

“Football-plus.az” xəbər verir ki, bu dəfə səhnəyə qətərli jurnalist Mabhut Əl-Mərri çıxıb. O, avqustun 5-də “Mundo Deportivo”da yer alan yazıda iddia edib ki, braziliyalı hücumçu yeni mövsümə La Liqada başlayacaq. Hazırda onun PSJ ilə 2025-ci ilə qədər qüvvədə olan müqaviləsi var. Ancaq parislilər Neymarı toxunulmaz saymır və adekvat təklif alacaqları təqdirdə problem yaratmadan buraxacaqlar.

“Mundo Deportivo”da olan informasiyaya görə, iş ondadı ki, “Barselona”nın rəhbərləri arasında Neymarın vurğunları var və gerçəkdən onu qaytarmağa cəhd edirlər. Bundan başqa, belə təkliflərin bir-birinin ardınca daxil olduğu deyilir. Ancaq Xavi başda olmaqla bütün texniki personal hadisələrin belə inkişafından narazıdı və dönüşün əleyhinə çıxış edirlər.

Məşqçi korpusu braziliyalının futbolçu keyfiyyətlərinə şübhə etmir. Üstəlik Xavi özü də Neymarla oynayıb, bacarığından xəbərdardı. Ancaq məşqçi korpusunun qarşısında daha bir vacib vəzifə var: indi “Barsa”nın paltardəyişmə otağında hökm sürən ailə ab-havasını korlamamaq. Məşqçilər Neymar haqda pis heç nə deməsələr də, belə hesab edirlər ki, onun gəlişi müəyyən münaqişələrlə müşayiət oluna, bu isə komandaya təsir göstərə bilər.

İstənilən halda, “transfer pəncərəsi”nin bağlanacağı gün uzaqdadı. Kataloniya klubunun bir neçə sürprizə imza atması tam realdı. Belə sürprizlərindən biri də Neymarın dönüşü ola bilər.

Bu arada məşhur braziliyalı agent Andre Küri bildirib ki, Neymar PSJ üçün hədsiz dəyərli adamdı, çünki məhz onun transferi kluba başqa superulduzlarla müqavilə bağlamaqda yardım edib.

Xatırladaq ki, braziliyalı PSJ-yə 2017-də təşrif buyurub, ondan sonra isə Lionel Messi, Kilian Mbappe və Anxel Di Mariya da Parisin yolunu tutub. Kürinin AS nəşrinə dedikləri:
“Neymarın PSJ-yə verdiklərinin əvəzi yoxdu. O, klub tarixində ən ucuz oyunçudu. Ona görə ki, PSJ-yə marketinq planınnda hədsiz çox şey qazandırıb. Dünyanın istənilən nöqtəsinə yollansaz, orda PSJ forması geyən uşaq görəcəksiz. Hərçənd əvvəllər belə klubun olduğunu çox az adam bilirdi. Enində-sonunda məhz Neymardan sonra Messi, Mbappe, Di Mariya və oxşaq səviyyəli top-oyunçular Parisə köçdü”.


Küri bir neçə nəhəng sövdələşmədə iştirak edib. Bunların sırasında Ronaldinyonun 2003-də “Barselona”ya keçidi ilə yanaşı, Neymarın Kataloniya klubuna 2013-dəki gəlişi də var. Braziliyalı agent yaxınlarda Viktor Rokenin “Barsa”ya keçidində də iştirak edib.