• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutu hamıdan səbirli olmağı xahiş etdi

Manşet / Konfrans Liqası

9-08-2023, 19:0

“Neftçi" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Beşiktaş"ı qəbul edəcək.

Bu gün "ağ-qaralar"ın çalışdırıcısı Adrian Mutu və futbolçusu Filip Ozobiç media nümayəndələrinin önünə çıxdı.

Əvvəlcə xorvatiyalı yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşdü:

"Beşiktaş"la matçı səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik ki, sabah yaxşı oyun göstərək".


Ardından rumıniyalı çalışdırıcı Adrian Mutu oyunla bağlı danışdı:

“Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi ağır matç gözləyir. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu oyunda bütün gücümüzü ortaya qoymağa hazırıq. Üç gündən bir uğurlu çıxış etmək üçün komanda geniş heyətə malik olmalıdı”.


- "Kəpəz"lə matçdan sonra demişdiz ki, üç gündən bir oynamağa hazır deyilik. Sabah komanda meydanda yüz faizini qoysa, sərfəli nəticə əldə olunacaq?
- Bunu komandanın fiziki durumunu nəzərə alıb demişdim. Üç gündən bir oynamaq üçün geniş heyət olmalıdı. "Kəpəz"lə oyunda komanda yüz faizini verməyə çalışdı. Yorğunluğa baxmayaraq, həmin matçda qələbə qazanmalıydıq. Yorğunluğu bəhanə etmirik.

- Müdafiənin mərkəzinə tanıdığınız futbolçuları transfer etmisiniz. Sağ cinaha da Ervin Koffi alınıb. Sol cinaha müdafiəçi transferi gözlənilir?
- Təəssüf ki, Koffi ilk oyunda zədələndi. Bir neçə futbolçu ilə danışıqlar gedir. Hər mövqedə rəqabətin artması üçün çalışacağıq. Bu, komandanın xeyrinə olacaq. Ölkə çempionatındakı yerli limitini də nəzərə almaq lazımdı. Çalışırıq ki, kənardan proqnozlaşdırılmış komanda kimi görünməyək.

- "Neftçi"nin hücumçu transferində gecikdiyini düşünmürsüz?
- Düz qeyd etdiz, bir az gecikirik. Amma bir neçə oyunçu ilə danışıqlar gedir. Çətinliklər var. Buna baxmayaraq, həmin mövqeyə yaxşı futbolçu transfer etmək istəyirik.

- "Neftçi" yeni komandadı, yeni baş məşqçi təyin olunub. Sanki siz rəqib üçün "sirli qutu"suz. Bu, sizin üçün üstünlükdü?
- Düzü, bilmirəm necə cavab verim. "Beşiktaş"ın necə kommanda olduğunu bilirik, onlar Türkiyənin böyük komandasıdı, biz də öz ölkəmizin. Avropa arenasında belə oyunlarda hər şey baş verə bilər.

- Premyer-liqaya məğlubiyyətlə başladız. Bu, sabah mütləq qalib gəlməli olan komandanın üzərində təzyiq yaradır?
- Hər məğlubiyyət komandanın üzərində təzyiq yaradır. Biz "Neftçi"yik. Məğlubiyyətin təzyiq yaratması normaldı. Azarkeşlər başa düşməlidir ki, biz güclü komanda qurmaq istəyirik. Hazırkı "Neftçi" mənim istədiyimin 60 faizi deyil. Transferlərdə bir az gecikmələr oldu. Bir az da bəxtsizlik yaşadıq. Ömər Buludov, Eddi İsrafilov zədələndi. Onlar komandaya kömək edə bilməyəcəklər. Hamıdan səbirli olmağı xahiş edirəm. Daha güclü "Neftçi" quracağıq.

- Sabah üçlü, yoxsa dördlü müdafiə sistemi ilə oynayacaqsız?
- Bu suala cavab verməyəcəm. Sabah görəcəksiz.

- Azarkeşlərin sizdən gözləntiləri böyükdü. Bəs sizin onlardan gözləntiniz nədi?
- Bilirəm ki, azarkeşlərin bizdən gözləntisi çoxdu. Amma eyni anda da bir az realist olmalıyıq. "Beşiktaş"la matçda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Reallığa baxsaq, "Neftçi" hazırda qurulma dönəmində olan komandadı. Biz də istəyirik ki, hər oyunda qələbə qazanaq. Səbirli olmalı və vəziyyətə real baxmalıyıq.

- 2003-cü ildə futbolçu kimi "Beşiktaş"a qarşı oynamısız. Sabahkı matça qisas imkanı kimi baxırsız?
- Niyə qisas? Həmin matçda mən qol vurdum və biz növbəti mərhələyə adladıq. Onlar bizdən qisas almalıdı.

- Bəzi rumıniyalı futbolçuların adı "Neftçi" ilə hallanır. Bunlardan hansı doğru xəbərdi?
- Rumıniyadan cəmi iki oyunçu gətirmişəm. Hazırda sırf Rumıniya bazarına nəzər yetirmirəm. Mənim üçün əsas odu ki, götürdüyümüz futbolçu "Neftçi"yə faydalı olsun.

- Sabah digər təmsilçilərimiz "Sabah" və "Qarabağ" da avrokubok matçına çıxacaq. Bu, sizin üçün Qurban Qurbanov və Murad Musayevlə rəqabət yaratmaq baxımından nə dərəcədə önəmlidi?
- Onlarla rəqabət mənim üçün o qədər də vacib deyil. Azərbaycan üçün vacibdi ki, Avropada yaxşı nəticələr olsun. Fürsətdən istifadə edib çempionatı təşkil edən qurumdan xahiş edirəm ki, avrokubok oyunlarımızı da nəzərə alsınlar və biz də həmin matçlarda daha enerjili olaq, Avropada uğurlu çıxış edək. Avropada uğurlu olmaq istəyiriksə, istirahətə də bir qədər vaxt ayırmaq lazımdı.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

24-07-2023, 16:0

Adrian Mutu tələsmək istəmir

Premyer-liqa

14-07-2023, 15:0

Adrian Mutu "Neftçi"nin düşərgəsinə qoşulub

Konfrans Liqası

26-07-2023, 12:0

Öncə "Jelezniçar"ın baş məşqçisi, sonra Adrian Mutu

Premyer-liqa / Manşet

6-08-2023, 19:0

“Üç gündən bir oynamağa hazır deyilik”

Ölkə futbolu

11-07-2023, 14:0

"Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaqdı" - Adrian Mutu

Ölkə futbolu

29-07-2023, 20:0

Mutu: "Oyun intellektini inkişaf etdirməliyik"

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə