Qurban Qurbanovun "Qarabağ"dakı debütündən 15 il keçir

9.08.2023 16:56 270
Ölkə futbolu
"Qarabağ” baş məşqçisi Qurban Qurbanovun düz 15 il əvvəl reallaşan debüt matçını xatırladıb.

"Football-plus.az" xəbər verir ki, bu, “Bakılı”ya qarşı ölkə çempionatının oyunu olub. Sözügedən görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qurban Qurbanovun rəhbərliyi altında Ağdam klubu 9 dəfə ölkə çempionu olub, 5 dəfə ölkə kubokunun qalibi olub.