Daiti Kamada böyük ehtimalla yayda “Ayntraxt”ı tərk edəcək.
Frankfurt klubu ilə müqaviləsi mövsümün sonunda qüvvədən düşəcək yapon futbolçunun Dortmunda yollanacağını tanınmış jurnalist Fabritsio Romano xəbər verib. O, Kamadanın “Borussiya” rəhbərliyi ilə 5 illik müqavilə üzrə şifahi razılığa gəldiyini bildirib.
Daiti bu mövsüm “Ayntraxt”da bütün turnirlərdə 31 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.