“Qolden Steyt”in oyun qurucusu Stefen Karri etiraf edib ki, bəzən karyerasını tezliklə bitirməklə bağlı düşüncələrə dalır:
“Həqiqətən də karyeramı bitirməklə bağlı fikirlərim olur. Belə fikirlər məni qarşıdakı iki-üç ilin vacibliyi, oyun səviyyəm, onu son həddə çatdırmaq barədə düşünməyə məcbur edir”.
Xatırladaq ki Karri MBA-nın son mövsümündə 56 oyun keçirib, hər oyunda orta hesabla 29,4 xal toplayıb, 6,1 ribaund edib və 6,3 məhsuldar ötürmə verib.