• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruslan Şəmilov: “İdman zallarında təkcə güləşçi yox, vətənpərvər əsgərlər yetişdiririk” - LAYİHƏ

Layihə / Manşet

30-07-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Yaxşı idman məşqçisi olmaq insandan istedad və bacarıqla yanaşı, fədakarlıq da tələb edir. Güləşin sirlərini yetirmələrinə öyrədən Ruslan Şəmilov da belə mütəxəssislərdəndi. Məhdud şəraitdə böyük işlər görən Ruslan müəllimin yetişdirdiyi güləşçilərin qazandığı nəticələr çəkilən zəhmətin, əzmkarlığın heç də boşa getmədiyini göstərir. Onun müsahibəsini oxuduqca siz də buna əmin olacaqsız.

- Ruslan bəy, ilk sualımız sizin güləşə gəlişinizlə bağlıdı. İlk addımlarınızı harda, kimin rəhbərliyi altında atmısız? Güləşi sizə öyrədən məşqçi kim olub?
- Mən Füzuli rayonunda dünyaya göz açmışam, elə güləşə də ilk addımlarımı orda atmışam. Rövşən Quliyev güləşdə ilk müəllimim olub. Onun rəhbərliyi altında məşq etməyə başladıq, necə güləşmək lazım olduğunu da elə Rövşən müəllim bizə öyrətdi. Həmin günləri indi də böyük həvəslə, həyəcanla xatırlayıram. Sanki dünən idi, döşəkçə üzərinə ilk addımlarımızı atırdıq...

- Niyə məhz güləşi seçdiz? Bu idman növünü sizə sevdirən nə oldu? Bir güləşçi kimi hansı nəticələri qazana bildiz?
- Güləşə gəlişimin maraqlı tarixçəsi var. Yəqin siz də bilirsiz, rayonlarda Novruz bayramı zamanı müxtəlif tədbirlər keçirilirdi, uşaqları da bu tədbirlər çərçivəsində güləşdirirdilər. Eləcə də həmin ərəfələrdə milli idman növü kimi güləş üzrə Azərbaycan çempionatı keçirilirdi. Bu yarışları da televiziyadan göstərirdilər. “Cəngi” sədaları altında uşaqlar güləşirdi, bizə də maraqlı gəlirdi. O vaxtdan da məndə güləşə maraq yarandı, qərar verdim ki, güləşlə məşğul olmağa başlayım. Bütün bu gördüklərim mənə güləşi sevdirdi. Özüm dəfələrlə Azərbaycan çempionu olmuşam. Gənclər arasında Avropa birinciliyində ikinci yeri tutmuşam.

- Zaman sürətlə dəyişir, həyatımızda müxtəlif yeniliklər görürük. Bəs güləşdə bununla bağlı durum necədi? Güləş də bir idman növü kimi hansısa dəyişikliklərə məruz qalırmı?
- Sözsüz, bütün bu dəyişikliklər güləşdən də yan keçməyib, güləşin də qaydaları çox dəyişib. Düzdü, güləş həmişə güləşdi. Amma indi güləşdə sürət çox artıb. Buna görə də qaydalar dəyişir. Hər Olimpiada arasında qaydalarda dəyişiklik olur. Bu da sürətlə ayaqlaşmaq üçündü. Misal üçün, əvvəllər döşəyin kənarında rəqib rəqibini itələyib, döşəkdən çıxaranda xal vermirdilər. İndi döşəkdən çıxdınsa, rəqibinə bir xal verilir. Ona görə də indi döşəyin sonuncu xəttinin üzərində də mübarizə gedir ki, rəqib xal qazanmasın, güləşçilər döşəkdə qalmağa çalışır. Ümumiyyətlə, güləşin sürətinin artması bu idman növünün baxımlılığına da təsir edir. Gərginlik artır. Sürət artdıqca qaydalar da ona uyğun dəyişir. Güləşçilər də çalışırlar ki, buna uyğunlaşsınlar.

Ruslan Şəmilov: “İdman zallarında təkcə güləşçi yox, vətənpərvər əsgərlər yetişdiririk”


- Artıq bir mütəxəssis kimi bilik-bacarıqlarınızı yetirmələrinizə öyrədirsiz. Onların məşqlərə yanaşması sizi qane edirmi? Uğurlu yetirmələrinizdən kimləri qeyd edə bilərsiz? Yetirmələrinizin hansı uğurlarını oxucularla bölüşmək istərdiz?
- Bəli, uşaqların məşqlərə yanaşması, güləşə münasibəti məni qane edir. Uşaq var bir-iki il gəldikdən sonra məşqlərə daha ciddi yanaşır, daha ürəklə məşq etməyə başlayır. İlk vaxtlarda müəyyən problemlər ola bilər. Görürsən ki, hansısa uşaq məşqə gecikir. Amma zamanla bu problem də həll olunur. Nəticə verən, uğur qazanan yetirmələrim isə çoxdu. Teymur Məmmədov 2013-cü ildə gənclər arasında Avropa çempionatının qalibi olub, elə həmin il dünya çempionatında bürünc medal qazanıb. Bir il sonra Teymur həm Avropa, həm də dünya çempionatında qalib adını qazandı. Elə həmin il Məmmədov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Bu uğurun davamını Teymur 2015-ci ildə gənclər arasında dünya çempionu olmaqla, 2017-ci ildə isə 23 yaşadək güləşçilər arasında qitə çempionatında qızıl medal qazanmaqla gətirdi. Orxan Abbasov 2015-ci ildə yeniyetmeler arasında keçirilən dünya çempionatında bürünc medal qazandı, növbəti il isə gənclər arasında eyni uğuru təkrarladı. Orxan 2018-ci ildə həm dünya, həm də Avropa çempionatında 3-cü oldu. 2021-ci ildə isə 23 yaşadək güləşçilər arasında Avropa çempionatının gümüş medalını qazandı. Digər yetirməm Valeh Həmidov yeniyetmeler arasında Avropa çempionatında 3-cü yeri tutub. Asxab Həmzətov 2016-cı ildə Avropa və dünya çempionatında bürünc medal qazanıb, 2018-ci ildə də bu uğuru təkrarlayıb. 2019-cu ildə isə Asxab Avropa çempionatında 2-ci olub. 2018-ci ildə keçirilən yeniyetmələr arasında Avropa çempionatında ikinci olan Fuad Mayılov və 2022-ci ildəki analoji yarışda çempion adını qazanan Seyid Paşayev də mənim yetirməmdi. Bunlardan başqa Hüseyn Hüseynovun, Mirzəağa Axundovun, Fərid Ağasızadənin və Nihat Abbasovun adını çəkə bilərəm. Bu idmançılar da yeniyetmələr arasında keçirilən qitə çempionatının mükafatçılarıdı. Şəraitimiz indikindən yaxşı olsa, nəticələrimiz də daha da yaxşılaşacaq.

- Şəraitdən danışmışkən, elə son sualım da güləşin problemləri ilə bağlıdı. Sizə hansı problemlər narahat edir ki, onların həll edilməsini arzulayırsız?
- Çox arzulayardım ki, yaxşı şəraitə malik idman zalımız olsun. Bu məsələ məni narahat edir. Yaxşı bir idman zalımız olsa, işimizi daha yaxşı qurarırıq. Sulutəpə qəsəbəsində bir idman zalının olmasını çox arzulayırıq. O boyda qəsəbədə bircə idman zalı da yoxdu. Şəxsi obyekti icarəyə götürüb məşq keçirik. Özümüzün bir idman zalımız olsa, çox sevinərik. İstərdik ki, nazirliyimiz bizim üçün idman zalı tiksin. Bu çətinliyə baxmayaraq, uşaqlar həvəslə məşq edir, istəyirik ki, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandıraq. Biz təkcə idmançı yetişdirmirik, vətənpərvər gənclər yetişdiririk. Yetirməm Asxab Həmzətov həm dünya və Avropa mükafatçısıdı, həm də torpaqlarımızın işğaldan azad olunmasındakı iştirakına görə “Cəsur döyüşçü” medalına layiq görülüb. Digər idmançılarımız arasında da Vətən müharibəsinin iştirakçıları var. Biz də bu işdən zövq alırıq.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

4-12-2022, 23:0

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

Layihə

27-11-2022, 23:0

“Atam istəyirdi ki, güləşlə məşğul olum, özümü müdafiə etməyi bacarım” – LAYİHƏ

Layihə

11-09-2022, 23:0

“Azərbaycan bayrağını Olimpiadada yüksəltmək mənim üçün əsas hədəfdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

5-02-2023, 23:0

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ

Layihə / Manşet

19-02-2023, 23:0

Taleh Məmmədov: “Haqsızlıqlar məni daha da güclü etdi” - LAYİHƏ

Layihə / Manşet

9-07-2023, 23:0

“Gəncədə hər üç evdən birində güləşlə məşğul olan var” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Bu gün, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Bu gün, 22:20
    Çexiya ikinci oyunda da qalib gələ bilmədi - DÇ gecəsi
  • Bu gün, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Bu gün, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Bu gün, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Bu gün, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 245
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 244
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 241
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə