• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sənan Süleymanov: “Sağlam həyat, sağlam gələcək üçün idmanla məşğul olmaq vacibdi” - LAYİHƏ

İdman / Layihə / Manşet

5-03-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Bu dəfəki müsahibimiz Azərbaycan güləşinin Yunan-Roma növü üzrə istedadlı yetirmələrindən olan Sənan Süleymanovdu. 2022-ci ildə Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında 77 kq çəki dərəcəsində gümüş medal qazanan həmsöhbətimiz dünya çempionatında da eyni əyarlı medal qazanıb. Onun medal kolleksiyasını Avropa çempionatının qızıl, gümüş və bürünc medalları da zənginləşdirir.

Sənan Süleymanov: “Sağlam həyat, sağlam gələcək üçün idmanla məşğul olmaq vacibdi”


- Sənan bəy, müsahiblərimizə ilk sualımız onların idmana necə gəlməsi ilə bağlı olur. Bu da onları daha yaxından tanımaq istəyi ilə bağlıdı. Siz güləşə necə gəldiz? Nə üçün məhz güləşi seçdiz? İlk məşqçinizi və məşqləri necə xatırlayırsız?
- İlk dəfə güləşlə tanışlığım 2006-cı ildə olub. Ondan iki il əvvəl, yəni 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarını diqqətlə izləyirdim. Orda bizim təmsilçimiz Fərid Mansurov qızıl medal qazandı. Bu da məndə güləşə böyük maraq yaratdı. Belə deyim, güləşi seçməyimə səbəbkar Fərid Mansurovdu. Ondan sonra valideynlərimin də məsləhəti ilə Binə qəsəbəsində Yunan-Roma güləşi ilə məşğul olmağa başladım. İlk məşqçim Azər Hüseynov idi və indi də onun rəhbərliyi altında məşq edirəm. Cəmi 9 yaşım var idi, indi də o günləri yaxşı xatırlayıram. Atamla zala gəldik və orda idmana yeni başlayan uşaqlarla güləşməyə başladım. Üç uşaqla güləşdim və qalib gəldim. Yunan-Roma güləşinin nə olduğunu bilmədiyim üçün bəzən uşaqların ayağından tutub onlara yıxırdım. Azər Hüseynovun rəhbərliyi altında böyük həvəslə məşqlərə başladım. Bu günə qədər də eyni həvəslə davam edirəm. Ağır və şərəfli yolda addımlayıram, peşəmi davam etdirirəm. İnşallah, zədələrin imkan verdiyi müddətdə də davam edəcəm.



- Artıq gənc yaşlarınızdan uğur qazanmağa başlamısız. Bu uğurun sirrini nədə görürsüz? Uğur qazanmağınızda daha çox məşqlərdəki zəhmət rol oynayır, yoxsa istedad?
- Gənc yaşlardan qazanılan uğurların başlıca səbəbi zəhmətdi. Zəhmətsiz insan çox nadir hallarda uğur qazana bilər. Düşünürəm ki, qazandığım bütün nəticələrin arxasında intensiv məşqlər, bu məşqlərdə çəkilən zəhmət, eləcə də məşqçilərimin əməyi rol oynayır. Yığma komandaların məşqçilərinin mənim uğurlarımda rolu böyükdü. Onlar olmasaydı, mən bu gün bu nəticələri qazana bilməzdim.

- Bundan sonrakı hədəfləriniz hansılardı? Sizcə, bir idmançı üçün karyeranın zirvəsi hansı uğur hesab olunur?
- Bundan sonrakı hədəflərim dünya çempionu adını və Olimpiya Oyunlarının qızıl medalını qazanmaqdı. Bütün idmançılar buna can atırı. Ona görə də bu uğurları qazanmaq heç də asan deyil. Amma mən çalışacam ki, qarşıya qoyduğum məqsədlərə çatım və bunun üzərində işləyirəm. Bu ilin sentyabr ayında dünya çempionatı keçiriləcək və eyni zamanda həmin dünya çempionatı Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Düşünürəm ki, bu çətin sınaqlardan üzüağ çıxıb, həm dünya, həm də Olimpiya çempionu olmağı bacaracam. Bir idmançı üçün Olimpiya Oyunlarının qızıl medalı karyeranın zirvəsidi. Bundan qiymətlisi yoxdu, ola da bilməz. Təbii ki, bu məqam olimpiya idman növləri sayılan sahələrə aiddi.



- Bəzən valideynlərdə övladlarınını idman bölmələrinə göndərməklə bağlı tərəddüd olur. Onlar övladlarının təhsildən uzaq düşəcəyindən narahat olurlar. Siz bu barədə nə düşünürsüz? İdmanla məşğul olmaq oxumağa mane olurmu?
- Bəli, son dövrlər belə halların şahidi oluruq. Valideynlər övladlarını idman bölmələrinə göndərməyə tərəddüd edir və çalışırlar ki, onları təhsilə yönəltsinlər. Amma mən düşünürəm ki, bu, heç də belə deyil. Mənim fikrimcə dünyada elə bir qayda yoxdu ki, hamı oxumalıdı və ya oxuyanlar idmandan uzaq qalmalıdı. Heç də hər kəs oxuyub, özünə peşə qazana bilməz. Eyni zamanda da yaxşı idmançı kimi yetişib, millətimiz və xalqımız üçün layiqli vətəndaş olmaq, bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmaq mümkündü. Razıyam ki, həm təhsilə, həm də idmana eyni zamanda uyğunlaşmaq çətindi. Hər bir sahənin özünün çətinliyi var, hansınasa vaxt ayıranda, digərindən uzaq qalırsan. Peşəkar idmanla məşğul olmağa başlayanda təhsil diqqətdən kənarada qalır. Mənim tövsiyyəm belə olar ki, yeniyetmə və gənclərimiz növündən asılı olmayaraq, idmana da maraq göstərsinlər. Ən azından ona görə ki, sağlam həyat, sağlam gələcək üçün idman vacibdi. Kiçiklər də böyüklərə baxıb, örnək götürəcək. Biz də öz komandalarımızda böyüklərə baxır, onlardan stimul alırıq. İndiki gənclərimiz də həyat yollarına sağlam şəkildə davam etməlidilər. Çox sevinərəm ki, yeniyetmə və gənclərimiz biz idmançılara baxsınlar, örnək götürüb idmanla məşğul olsunlar.

- Son sualım Azərbaycanda güləşin hazırkı durumu ilə bağlıdı. Bir güləşçi kimi siz hansı problemlərlə qarşılaşmısız və onların həlli yollarını necə görürsüz?

- Azərbaycanda güləş həmişə öndə gedən idman növləri sırasındadı. Bu gözümüzün önündədi. Ən əsas da güləşçilərimizin son zamanlar qazandığı uğurlar xoş bir nümunədi. Hər sahədə xırda və ya böyük problemlər ola bilər. Amma mən deyərdim ki, hazırda güləşdə vəziyyət xeyli yaxşılaşıb. Yığma komandalarımızın hansısa formada problemi yoxdu. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi idmançılarla yaxından maraqlanır, onların problemlərini dərhal həll edirlər. Çalışırlar ki, həll yollarını göstərsinlər. Bunun da qarşılığı güləşçilərimizin qazandığı uğurlardı. Fürsətdən istifadə edib, mən də üzərimizdə zəhməti olan güləşçilərə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

İdman

26-12-2022, 14:0

Azərbaycan karateçiləri 2022-ci ilin rəsmi yarışlarını 159 medalla başa vurdu

İdman

18-09-2022, 21:0

Yığmamızdan ilk

İdman

10-09-2022, 11:0

Veteran cüdoçulardan daha 7 medal

İdman

13-08-2022, 17:0

Daha üç güləşçimiz İslamiadanın finalında

Aktual
Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
“Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
"Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
“Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
“Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
İntizam Komitəsi “Kəpəz”i niyə bağışladı?
Son xəbərlər
  • Bu gün, 17:02
    Çalhanoğlu ''İnter''i finala daşıdı - rəqib məşqçi ona heyranlığını gizlədə bilmədi
  • Bu gün, 16:31
    Acunun komandası 10 il öncə çempion olmuş kollektivi 3-cü diviziona göndərdi!
  • Bu gün, 16:00
    Coy-Lens Mikels “Qarabağ”a qarşı oynayacaqmı? – rəsmi açıqlama
  • Bu gün, 15:39
    AFFA "Karvan-Yevlax"ın komandasını liqadan kənarlaşdırdı
  • Bu gün, 15:28
    A seriyasında məhsuldarlıq niyə azalıb? - bombardirlərin göstəriciləri də aşağı düşüb
  • Bu gün, 14:57
    Millimizin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ
  • Bu gün, 14:16
    Arbeloa Arda Güləri təriflədi
  • Bu gün, 13:38
    Neymar doğma klubunda fitə basıldı
  • Bu gün, 13:17
    "Bu açıqlamanı özümüzə qarşı təhqir hesab edirik" - "Ultras Turan" Rəşad Sadıqov haqda bəyanat yaydı
  • Bu gün, 12:56
    Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 12:25
    Son çempion “Flamenqo” yeni mövsümə qələbə ilə başladı - İCMAL
  • Bu gün, 11:54
    "Qarabağ" rəsmiləri UEFA Forumunda
  • Bu gün, 11:23
    AFFA-nın əməkdaşları UEFA seminarında
  • Bu gün, 10:52
    “Turan Tovuz” çempionatın əvvəlindən hakim səhvləri ilə üzləşib” – Ramin Musayev
  • Bu gün, 10:31
    İki güləşçimiz gümüş medal qazandı - AÇ
  • Bu gün, 10:00
    Rafinyanı sərt cəza gözləyir
  • Dünən, 23:52
    Almeyda xəyanətlə üzləşib
  • Dünən, 23:31
    “Zirə” həm cərimə ödəyəcək, həm də Namiqin maşınını düzətdirəcək! – bu da bu...
  • Dünən, 23:04
    AFFA ilə “Neftçi” arasındakı soyuq müharibə alovlandı! – klubun tələbləri niyə qarşılanmadı?
  • Dünən, 22:42
    Avtoqraf vermədi, fanatla dalaşdı
  • Dünən, 22:05
    "Xeyrimizə və zərərimizə olan səhvləri saysaq, uçurum olar" - Rəşad Sadıqov
  • Dünən, 21:58
    “Həmin qərarların futbolçulara psixoloji təsiri var idi, danmıram” – Yunis Hüseynov
  • Dünən, 21:20
    Mövsümün ilk uğursuzu oldular
  • Dünən, 20:59
    "Zirə" finala yüksəldi - YENİLƏNİB
  • Dünən, 20:38
    “Atletiko”nun oyunçusu nə vaxt qayıdacaq?
  • Dünən, 20:07
    Fransa klubunda ağır itki
  • Dünən, 19:31
    İraolanın xələfinin kimliyi müəyyənləşdi
  • Dünən, 19:00
    Messi fırıldaqçıdı?
  • Dünən, 18:51
    “Zirə” - “Turan Tovuz”: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    Yayda “Çelsi”ni tərk edəcək
  • Dünən, 18:06
    “Birinci oyundakı hakim səhvlərini nəzərə alsaq, bu qarşılaşma prinsipial olacaq” – Şahin Diniyev
  • Dünən, 17:35
    De Laurentisdən yeni qeyri-adi təkliflər
  • Dünən, 17:04
    Təyyarədə uçursan, pulunu ver də!
  • Dünən, 16:33
    “Hamı İnqilab Məmmədovu söyür. İnqilabın günahı nədi, anlamıram” – daha bir maraqlı yanaşma
  • Dünən, 16:02
    Döyüşçülər milyon dollar bonus alacaq
Daha çox
Oxunub: 580
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 270
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 265
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 243
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 192
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 183
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə