“Sabah” iştirak ərizəsini UEFA-ya təqdim etdi

23.07.2023 10:19 270
Konfrans Liqası
Gələn həftə Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start veriləcək.

“Football-plus.az” xəbər verir ki, təmsilçimiz “Sabah”Latviya RFŞ-i ilə üz-üzə gələcək. “Bayquşlar” həmin görüşlər üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Siyahıya 25 futbolçu daxil edilib:

Qapıçılar - 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 55. Nicat Mehbalıyev;

Müdafiəçilər - 2. Amin Seydiyev, 3. Con İrasabal, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 17. Tellur Mütəllimov, 22. Seymur Məmmədov, 44 Sofian Çakla, 99. Hiqor Qabriel;

Yarımmüdafiəçilər - 4. Elvin Camalov, 6. Şakir Seyidov, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 11. Kristian Sebalyos, 12. Vensan Till, 15. Kristian da Silva, 21. İldar Ələkbərov, 29. Ceyhun Nuriyev;

Hücumçular - 18. Davit Volkov, 19. Emmanuel Apeh, 20. Coy-Lens Mikels, 27. Jarl Marqarita, 77. Namik Ələskərov.

Qeyd edək ki, “Sabah”la RFŞ arasında ilk oyun iyulun 26-da Riqada, cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək.