• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tam hazır deyilik”

Premyer-liqa / Manşet

4-08-2023, 22:0

Misli premyer-liqasında mövsümə start verilib.

“Football-plus.az” xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib - 0:3. Oyundan sonra qonaqların çalışdırıcısı Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Böyük həyəcan gözləyir hamını. Komandamı təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Səfərdə oynadığımızı hiss etdirmədilər. Çətin oldu. Belə olacağı bəlli idi. Yenilər var, tam hazır deyilik, çempionata uyğunlaşmaq üçün vaxt lazımdı. Rəqibin oyun stilinə də bələd deyildik. Amma çalışdıq ki, komandaya rəqib haqda məlumat verək. "Araz Naxçıvan"ın təzyiqi oldu. İlk 20 dəqiqədə epizodlar verdik. Ancaq sonradan epizodlar yaratdıq. Sevinirəm ki, hücumçularım qol vurdu. Oyundan-oyuna artıracağıq, artırmalıyıq da. Çempionat gərgin olacaq, hər xal vacibdi. Üç xal çox önəmli idi”.


- Stadionunuzda gedən təmir işlərinə görə dörd oyunu səfərdə keçirəcəksiz. Bu, planlarınıza təsir edəcək?
- "Səbail"lə evdə oynamalıyıq. İstəyərdik ki, evdə oynayaq. Tovuzlu azarkeşlər bizi gözləyir. Rəhbərlik böyük işə başlayır. Müvəqqəti çətinliyə hər kəs dözməlidir. Tovuzda işıqlandırma sistemi qoyulur. Bölgələrdə nadir hallarda olurdu. Qəbələdən sonra Tovuzda da olacaq, axşam rahat oynayacağıq. Azarkeşlər də işdən sonra rahat futbol izləyəcək. Səbrli olmalıyıq. Əsas odu ki, səfər matçlarından maksimum istifadə edək.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Fikriniz necədi?
- Avrokuboklarda oynayan komandaların heyəti genişdi. İstəyirəm ki, bütün rəqiblərə qarşı mübarizə aparaq. "Qarabağ" da onlardan biridi. Hazırlaşacağıq.

- İlk dəqiqələrdə "Araz Naxçıvan" daha üstün idi. Sanki arxayın idiz...
- Arxayın deməzdim. Rəqibdə yaxşı futbolçular var. Son günlər onları analiz etmişdim, yaxşı, keyfiyyətli futbolçulara sahibdilər. Fərdi səhvlər oldu, küləyin də təsiri var idi. Topu çıxarırdıq, üstümüzə gəlirdi. Əsas odur ki, düzgün oynadıq. Təzyiqdə qol buraxmamaq vacib idi. Vaxtımızı gözlədik.

- İki-üç tur lazımdı ki, istədiyiniz "Turan Tovuz"u görəsiz?
- İlk turlar həmişə çətindi. Heyətimizə baxsaq, keçən ilkindən fərqlidi, yenilər var. Yenilərin uyğunlaşması bizim üçün vacibdi. Komandanın potensialına bələdəm. İnanıram ki, daha yaxşı olacağıq.

- Heyət geniş olanda məşqçilər çaşqınlıq içində qalır. Sizdə belə problem var?
- Sağlam rəqabətimiz var. Oyundan-oyuna dəyişikliklər olacaq. Heyətimiz genişdi, amma rəqiblərdə bizdən də genişdi. Biz bir transfer edəndə, rəqiblər 3-4 transfer edir. Hamı bütün oyunları fikirləşir. Heyətin geniş olması yaxşıdı.

- Bu mövsüm üçün qarşınıza hansı məqsəd qoyulub?
- Rəhbərliklə üç illik plan fikirləşmişik. Futbolçularla da iki illik müqavilə imzalamışıq. Heyətimiz qorunmalıdı. Kubokda və çempionatda mübarizə aparıb, yuxarılarda olmaq istəyirik. Gələcəkdə iddialılar sırasında olmaq istəyiriksə, klub olaraq inkişaf etməliyik. Uşaq futbolundan tutmuş, stadion, baza... Geniş fikirləşirik. İddialı olmaq istəyirik. Vaxt lazımdı.

- Martin Petkov deyəsən Runi Evanın yoxluğunu hiss etdirməyəcək...
- Hücumda böyük rəqabət var. Bu il üstünlüyü hücumçulara vermişik. Paçu təəsssüf ki, zədələndi. Bir oyunçu da qoşulacaq. Rotasiyalar, dəyişikliklər edəcəyik. Runi ötən mövsüm yaxşı oynadı. Təəssüf ki, getdi. Martin Petkov gəncdi, Bolqarıstanın U-21 yığmasında oynayıb, gələcəyi var. Hamısına çox inanırıq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa / Manşet

19-02-2023, 19:0

Ayxan Abbasov: "Hər oyuna necə hazırlaşırdıqsa, bu oyuna da elə hazırlaşmışdıq"

Premyer-liqa / Manşet

31-03-2023, 18:0

“Yaxşı oyunla qələbə qazandıq”

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Oyunçularımı təbrik edirəm"

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

26-04-2023, 23:0

“Premyer-liqada qalıb, daha yaxşı olmağa çalışacağıq”

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 210
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 184
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə