• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2023/24 mövsümündə kimlər parlayacaq? - SİYAHI

Premyer-liqa / Manşet

4-08-2023, 18:0

Ölkədaxili yarışlarda susqunluq bitmək üzrədi.

Bu gün növbəti futbol mövsümü start götürür. Komandalar heyətini yetərincə gücləndirib. Hətta bəzi mütəxəssislər növbəti mövsümün əvvəlkilərdən yaxşı mənada fərqlənəcəyini iddia edir. “Kəpəz” istisna olmaqla bütün klubların sponsorunun olması, komandaların yaxşı toplanış keçməsi, bir neçəsinin avrokuboklara vəsiqəyə iddialı olması bu fikri səsləndirməyimizə əsas verir.

Misli premyer-liqasında yeni “futbol ili”nin belə maraqla gözlənilməsi milli komandanın da nəticələrinə az da olsa, təsir edə bilər. Görünən odu ki, klublarımızın transfer etdiyi əcnəbilər keyfiyyətlidi. Bu da azərbaycanlı futbolçuların inkişafına təkan verə bilər.

2022/23 mövsümündəki rəqabət bir sıra gənc oyunçuların parlamasına səbəb oldu. Bunlar Fuad Bayramov, Kamran Quliyev, Fərid Nəbiyev, Rəhman Daşdəmirov, Nihad Quliyev və başqaları idi. Daha çox “Şamaxı”nın üzvləri özünü doğrultdu desək, yanılmarıq. Yeni mövsümdə isə vəziyyət fərqlidi. Bütün komandaların heyətində yaxşı legionerlər var. 21 yaşadək futbolçu limiti də yığışdırılıb. Görəsən, heyətdə yer alan gənclərdən kimlər özünü sübut edə, mövsümün ulduzuna çevrilə bilər? Bu yazıda 10 komandada mövsümün ulduzu olmaq potensialına malik futbolçulardan danışacağıq.

1. Nəriman Axundzadə (Qarabağ) – 19 yaşlı vingerin yay təlim-məşq toplanışındakı və Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunu göz qamaşdırır. Avstriyada “Ferentsvaroş”la görüşdə dubl edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü “Qarabağ”ın gənc ulduzu olmağa namizəddi. Ramil Şeydayevin gedişindən sonra yarımmüdafiənin sağında boşluq yaranıb. Düzdü, Qurban Qurbanov burda daha çox Leandro Andradeni sınayır. Hücumun mərkəzində də özünü yaxşı tərəfdən göstərə bilən Nəriman bu mövsüm “Qarabağ”ın əsas heyət üzvünə çevirilsə, təəccüblənməyin.

2. Rauf Rüstəmli (Sabah) – 2022/23 mövsümündə “Qəbələ-2”də çox yaxşı perfomans sərgiləyən 19 yaşlı yarımmüdafiəçi “bayquşlar”ın gənc ulduzu ola bilər. Düzdü, “tələbələr”in heyətində bu mövqedə çox futbolçu var. Amma Murad Musayevin gənclərlə işləməyi sevən mütəxəssis olduğunu nəzərə alsaq, Rauf Rüstəmli də özünə bu komandada yer edə bilər. Ən azı rusiyalı mütəxəssis onu bir qədər geri çəkərək dayaq yarımmüdafiəçi kimi Elvin Camalovun əvəzinə oynada bilər. Onu da qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü “Sabah”a böyük ümidlərlə transfer olunub.

3. Fərid Yusifli (Neftçi) – ötən ildən bakılıların əsas heyət üzvlərindən olan Fərid Yusifliyə bu mövsüm də ümidlər böyükdü. Yarımmüdafiəçi Laurentsiu Regekampfın ən sevimli futbolçularından sayılırdı. Düzdü, Adrian Mutunun gəlişindən sonra əsas heyətdə az şans qazanır. Hətta bir çoxları qeyd edir ki, 21 yaşlı futbolçu icarəyə veriləcək. Lakin Fəridin “Neftçi”də qalmaq ehtimalı böyükdü. “PARI Premyer” kubokundakı performansı Rusiya klublarının da diqqətini cəlb edib. Mutu futbolçunu bir qədər də komandada saxlayaraq qış “transfer pəncərə”sində baha qiymətə satmaq niyyətindədi. Bir sözlə, Fərid də bu mövsüm partlayış etmək potensialına malik gənclərdəndi.

4. Emil Səfərov (Qəbələ) – ötən mövsümün gənc ulduzlarından biri də “qırmızı-qaralar”ın 20 yaşlı yarımmüdafiəçisi idi. Pleymeykerin performansı hətta Canni de Byazinin diqqətini də çəkdi, onu milli komandaya dəvət etdi. Bu mövsüm də “Qəbələ”də Emilə ümidlər böyükdü. Yarımmüdafiəçi artıq “radarlar”ın əsas heyət üzvlərindən sayılır. Bu mövsüm ötənilki uğurlarının təsadüf olmadığını və yığmaya çağrılmağa layiq olduğunu isbat etməlidi.

5. Cavad Qurbanlı (Zirə) – 21 yaşlı müdafiəçi hələ ki “qartallar”ın əsas heyətində meydana çıxmayıb. Daha çox ikinci komandada top qovan futbolçunu Rəşad Sadıqov Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışa aparmışdı. Cavad Bolqarıstanın “Arda” klubuna keçən Cəlal Hüseynovun əvəzinə əsas komandaya cəlb olunub. İndi əsas məsələ gənc müdafiəçinin baş məşqçinin güvənini qazanaraq “Zirə”nin ulduzuna çevirilməsidi.

6. Sadiq Şəfiyev (Turan Tovuz) – 17 yaşlı hücumçu ötən mövsüm “boz qurd”un heyətində debüt etdi. Ayxan Abbasov ona iki görüşdə şans verdi. Sadiq cəmi 11 dəqiqə meydanda olsa da, azarkeşlərin diqqətini çəkə bildi. Bu il hədəfləri dəyişən “Turan Tovuz”da 17 yaşlı futbolçunun necə təsir bağışlayacağı maraq doğurur. Ola bilər ki, Ayxan bəy onu əvəzedici komandaya göndərsin. Lakin istənilən halda Sadiqin “Turan Tovuz”un heyətində partlayış etmək potensialının olduğunu söyləyə bilərik.

7. Nihad Əhmədzadə (Sumqayıt) – 17 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümündə “kimyaçılar”ın heyətində debüt etdi. Samir Abasov ona nə az, nə çox - tam 9 oyunda güvəndi. Nihad Azərbaycan çempionatları tarixində meydana çıxan ən gənc futbolçu ünvanına malikdi. Xüsusi texnikası ilə seçilən oyunçu bu mövsüm “Sumqayıt”ın əsas heyət üzvünə çevrilə bilər. “Kimyaçılar”ın ötən illə müqayisədə gücləndiyini nəzərə alsaq, sol cinah yarımmüdafiəçisinin işinin o qədər asan olmayacağını söyləyə bilərik.

8. Rüfət Əhmədov (Kəpəz) – 20 yaşlı futbolçu bu siyahıda premyer-liqa təcrübəsi daha çox olan futbolçulardandı. Yay “transfer pəncərəsi”ndə “Kəpəz”ə keçən sol cinah müdafiəçisi 2021/22 mövsümündə “Qəbələ”nin əsas heyət üzvlərindən biri idi. Sonradan zədələnən Rüfət yerini itirdi. “Kəpəz” onun karyerasında yenidən yüksəliş nöqtəsi ola bilər. Olduqca potensiallı futbolçudu. Azər Məmmədovun ona əsas heyətdə güvənəcəyini rahatlıqla söyləyə bilərik.

9. Sadiq Məmmədzadə (Səbail) – “dənizçilər”in əsas heyətinə nəzər yetirdikdə hansısa gənc futbolçunun şans qazanacağını söyləmək çətindi. Şahin Diniyev ümumilikdə yaxşı komanda formalaşdırıb. Sadəcə, 16 yaşlı Sadiq Məmmədzadənin bəzi matçlarda Səlahət Ağayevi əvəz edə biləcək potensialda olduğunu söyləmək olar. Qolkiper bunun üçün üzərində çox çalışmalı, Hüseynəli Quliyevdən daha yaxşı olduğunu məqşçilər korpusuna göstərməlidi.

10. Bayraməli Qurbanov (Araz-Naxçıvan) – 20 yaşlı futbolçu Azər Bağırovun xüsusi istəyi ilə Naxçıvan təmsilçisinə transfer olunub. Sol cinah vingeri potensiallı oyunçulardan sayılır. “Araz-Naxçıvan”ın yenidən formalaşması onun şansını daha da artırır. İstənilən halda legionerlər özlərini yaxşı tərəfdən göstərə bilməyəndə əsas seçim Bayraməli olacaq.

Bu futbolçular Misli premyer-liqasının 2023/24 mövsümündə partlayış etmək potensialı olan oyunçulardı. Ümid edək ki, bu siyahıda yer alan “10-luq”dan ən azı üçü-dördü əsas heyət üzvünə çevriləcək. Biz “10-luq” hazırladıq, iş onlara qaldı...

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-04-2023, 15:0

Premyer Liqa: "Şamaxı" və "Kəpəz"in start heyətləri

Premyer-liqa

17-02-2023, 12:0

"Kəpəz"-"Şamaxı" matçında heyətlər

Premyer-liqa

4-08-2022, 14:0

"Şamaxı"nın 25 nəfərlik heyəti - SİYAHI

Premyer-liqa

12-06-2023, 16:0

“Kəpəz” ən çox futbolçudan istifadə edən klubdu, “Qəbələ” isə akademiyasına güvənib - ARAŞDIRMA

Premyer-liqa / Manşet

17-02-2023, 15:0

"Kəpəz" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

15-01-2023, 13:0

"Şamaxı"dan yeni transfer

Aktual
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Son xəbərlər
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
  • Dünən, 23:53
    Azərbaycan şahmatı: uğur, yoxsa uğursuzluq?
  • Dünən, 23:26
    Azərbaycan derbisinə bilet alacaq azarkeşlərin diqqətinə!
  • Dünən, 22:58
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 22:28
    Burak Yılmazdan gələcəyi ilə bağlı yeni qərar
  • Dünən, 21:57
    "Üç xal qazandığımız üçün sevincliyik" - Saşa İliç
  • Dünən, 21:27
    "Azarkeşlərdən bu nəticələrə görə üzr istəyirik" - Kaxaber Sxadadze
  • Dünən, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Dünən, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Dünən, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Dünən, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Dünən, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Dünən, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Dünən, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Dünən, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Dünən, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Dünən, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Dünən, 13:55
    Nərimanın komandası uduzdu
  • Dünən, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Dünən, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Dünən, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Dünən, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Dünən, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 10:59
    25 illik həsrətə son qoydular
  • Dünən, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Dünən, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Dünən, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • 18-04-2026, 23:0
    “Real”ı kimlər tərk edəcəklər?
  • 18-04-2026, 23:0
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • 18-04-2026, 22:0
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • 18-04-2026, 22:0
    Dilinin bəlasına düşdü
  • 18-04-2026, 22:0
    “Liverpul”u tərk etməyəcək
Daha çox
Oxunub: 432
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 260
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 252
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 234
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 176
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 160
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə