İlk növbədə “Çinar”la “Göyəzən”in adı çəkilir. Belə söz-söhbətin əsası varmı?
Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında bunları dedi:
"Avqustun ortalarında 2-ci liqanın püşkatması olacaq. Sentyabrın əvvəlində isə oyunlar başlayacaq. Yeni yaradılan turnirdə 12 və ya 14 komandanın iştirak edəcəyi barədə dəqiq bir söz deyə bilmərəm. Çünki hər şey AFFA İcraiyyə Komitəsinin iclasından sonra şey aydın olacaq".
CAVİD ƏLİYEV



