• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kimin azarkeşi daha çoxdu – “Neftçi”nin, yoxsa “Sabah”ın? - YAZI

Manşet / Konfrans Liqası

3-08-2023, 13:0

Klublarımız üçün avrokubok yayı uzandıqca daha maraqlı olur.

Özü də təkcə “Qarabağ” yox, başqaları üçün də. Ağdamlı çempionun qitənin ən nüfuzlu klub turnirində irəliləmək perspektivi dünən yoxa çıxdı. Hər kəs elə düşünürdü ki, 2:3 dəhşətli, Qurban Qurbanovun və yetirmələrinin altından çıxa bilməyəcəyi hesab deyil. Amma “Rakuv”la səfər oyununun bəzi bölümlərində yol verilən boşluqlar, eləcə də Şahruddin Məhəmmədəliyevin izaholunmaz hoqqaları ağdamlıları yarıyolda qoydu. Qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək şansı əldən verildi. İndi “Qarabağ” ilk növbədə Avropa, alınmasa, Konfrans Liqasının qrupuna düşməyə çalışmalıdı. Belə hədəflərin çempionun və azarkeşlərinin iddiaları ilə nə dərəcədə uyğun olduğunu, inşallah, növbəti yazılarda müzakirəyə çıxararıq.

Bu gün isə birdən-birə üç təmsilçimiz meydana çıxacaq. “Qəbələ”yə də hər şeyin ən yaxşısını arzulayıb, diqqətinizi başqa məqama yönəltmək istəyirəm. Avqustun 3-də Bakıda və paytaxtın cəmi 20 kilometrliyində 1 saat fərqi ilə iki önəmli oyun keçiriləcək. Növbəti mərhələyə adlamaq şansı daha yüksək olan “Sabah” RFŞ-ni, istisnasız qələbə qazanmalı olan “Neftçi” isə “Jelezniçar”ı qəbul edəcək. Hər oyunun öz təbiəti, öz tarixçəsi olur. Əlbəttə, klublarımızı qələbəyə səsləyən ən müxtəlif əsaslar var. Məsələn, Sarayevodakı o ağzınacan dolu tribunaları, həmçinin o çılğın, ehtiraslı azarkeşin önündə özünü bəy balası, ev yiyəsi kimi aparan “Neftçi” oyunçusunu görən ağ-qara azarkeşin qanı heç qaynamadımı? Məgər o gündən sonra çevirmə təqvimi divardan asıb hər ötən günün ardından “möhtəşəm oyun, qisas anı yaxınlaşır” deyən azərbaycanlı azarkeş qeybə çəkilib? Məgər “Neftçi” Rəhman Hacıyevin o möhtəşəm qolunun davamını Bakıda gətirib iki həftə ərzində iki dəfə şəhərimizin qonağı olan inadkar, sırtıq “Jelezniçar”ın ağzının üstündən bir tərs şapalaq çəkməməlidi? Mən bu sətirləri yazıram, həyəcandan tüklərim biz-biz olur, indi gör “Neftçi”nin gerçək, dünyaya ağ-qara rənglərin daşıyıcısı kimi gələn, o rəngdə də gedəcək azarkeşi nə çəkir...

“Sabah”ın da özünə görə həqiqətləri var. Məsələn, Azərbaycan klubları nadir hallarda debüt mövsümündə avrokubokda tur adlayıb. Amma masazırlılar bu mənada gözəl imkan yaxalayıb. Səfərdə qazanılan 2:0-ı əldən vermək üçün ya meydana sərxoş çıxmaq lazımdı, ya da artıq 5-ci dəqiqədə iki futbolçunun meydandan qovulması. Əminəm ki, həmin gün tribunaları dolduracaq onminlərlə azarkeş və təcrübəli Murad Musayev latviyalıların sinov getdiyi sensasiyaya imkan verməyəcək.

Gəlib çıxdıq bu onminlərlə azarkeşin söhbətinə... “Neftçi” də, “Sabah” da Bakını təmsil edir. Sadəcə, bu klublar arasında ən müxtəlif parametrlər üzrə yerdən göyə qədər fərq var. Obrazlı yanaşsaq, biz tarix, yoxsa müasirlik, dünən, yoxsa bu gün müstəvisində müqayisələr aparmalıyıq. Bəs azarkeş bu müqayisənin harasındadı? Heç şübhəsiz, önündə, ortasında, mərkəzində, hər yerində!
“Məqsəd vasitəyə haqq qazandırır” kimi maksimalist yanaşma var. Biz “Neftçi”nin, yoxsa “Sabah”ın dolu tribunalar önündə oynayacağı ilə bağlı mülahizə yürüdərkən istinad nöqtəsi kimi onu götürməliyik ki, qələbə bu komandalardan hansına daha çox lazımdı? Nə gizlədim, rola girim, aktyorluq edim ki... Mənim gözümdə “Sabah” artıq RFŞ-ni keçib, heç düşünmədən indidən “Partizan”ın oyununu təhlil etməli, güclü və zəif cəhətlərini müəyyənləşdirməlidi. Yol göstərmək kimi çıxmasın, Murad Musayev bu işdə Patrik Andradenin də köməyindən yararlana bilər. Qələbə “Sabah”dan daha çox “Neftçi”yə, özü də hava-su kimi lazımdı. Oyunu penalti seriyasına daşımaq istənilən halda bəxtin ümidinə qalmaqdı. Ona görə də ağ-qaralar bu işi 90 dəqiqə ərzində bitirməli, “Dinamo-Minsk”in acı təcrübəsindən dərs çıxarmalıdı. Səfər oyununda 2:0-ı son 5 dəqiqədə əldən verən, Bakıya arın-arxayın gələn Belarus klubu burda çox sərt şəkildə cəzalandı, faktiki üstün olduğu oyunda vəsiqəni “Jelezniçar”a bağışladı. “Neftçi” bu səhvə yol verə bilməz və verməməlidi! Azərbaycanlı azarkeş iki ağ-qara rəngin duelini gözləyir və “Beşiktaş” növbəti dəfə Bakıya gəlməlidi. Orda isə artıq baxarıq, nə olar, nə olmaz...

Cümə axşamı “Neftçi” və “Sabah” azarkeşi üçün sınaq anı olacaq. Hər tərəf ağırlığını ortaya qoymalıdı. “Sabah” azarkeşi “Qarabağ”la çempionat oyununda tribunaları doldurmaqla sayını və əzəmətini göstərib. “Neftçi” isə dəfələrlə belə sınaqdan çıxıb. Əlbəttə, “Jelezniçar” və RFŞ səddi keçiləcək. Şəhərin ayrı-ayrı yerlərində, ayrılıqda və eyni zamanda birlikdə! Sadəcə, ona görə ki, Azərbaycan futbolunun belə qələbələrlə ehtiyacı var. İrəli, irəli və yalnız irəli!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

26-08-2022, 13:0

Hansı münasibdi: ÇL-in, yoxsa AL-in qrupu?

Avropa Liqası / Günün xəbəri

23-10-2022, 21:0

“Qarabağ”ı qayğılandıran məqam: Şahruddin və Bədavi “Nant”la matçda meydana çıxa biləcək?

Çempionlar Liqası

22-08-2022, 22:0

"Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq" - Abdullah Zubir

Aktual
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
Son xəbərlər
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 214
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 191
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə