UEFA Mahir Emrelinin qolunu avtoqol kimi dəyişdi

3.08.2023 11:13 271
Çempionlar Liqası
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Astana" (Qazaxıstan) - "Dinamo" (Xorvatiya) cavab oyununda (0:2) vurulan ilk qolun müəllifini dəyişib.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə Zaqreb təmsilçisinin ilk qolun müəllifi kimi zərbəni vuran Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli qeyd olunub. Lakin epizodu nəzərdən keçirən UEFA onu “Astana”nın müdafiəçisi Aleksandr Maroçkinin adına avtoqol kimi yazıb.

Qeyd edək ki, ilk matçda da 4:0 hesabı ilə qalib gələn "Dinamo" növbəti mərhələyə yüksəlib.