"Dənizçilər" artıq mükafatçılar sırasında olmağı hədəf götürüb. Yeni transferlər və yoxlama oyunlarının nəticələri onları bir qədər də ümidləndirib.
Bəs paytaxt təmsilçisinin azarkeşlərinin cümə günü start götürəcək çempionatda komandalarından gözləntisi nədi? Fanatlarla klub rəsmiləri arasında görüş keçirilibmi?
"Football-plus.az" saytı olaraq, bu suallara cavab almaq üçün “Dənizçilər” fanklubunun rəhbəri Atif Rüstəmliyə müraciət etdik:
"Səbail" azarkeşləri ilə rəhbərlik arasında görüş olub. Qarşımızda bir məqsəd var - avrokuboklara vəsiqə qazanmaq. Bunun üçün tribunadan sonadək dəstək verməyə hazırıq. Komandamızın uğur yolunun memarlarından biri də biz olmalıyıq. Xüsusən ölkə kuboku bizim üçün çox önəmlidi. "Dənizçilər" hər mövsüm olduğu kimi, bu mövsüm də "Səbail"in yanındadı".
ABDULLA İSMAYILOĞLU




