Riyad Mahrez gülünc vəziyyətə düşüb. “Mançester Siti”nin oyunçusu “tvitter” hesabında bir azarkeşə verdiyi cavabla gündəmə gəlib.
31 yaşlı yarımmüdafiəçi komanda ilə təlim-məşq toplanışı üçün ABŞ-a yollanarkən təyyarənin yanında foto çəkdirərək öz səhifəsində paylaşıb. Şəkildə Riyadın “iphone” markalı telefonunda çat olduğu görünüb. Azarkeşlərdən biri paylaşımın şərh bölməsinə “Mahrez, axı, sənin telefon almaq üçün pulun var” rəyini yazıb. Bundan sonra Riyad yeni bir paylaşım edərək “telefon almaq üçün “Mançester Siti” ilə müqavilənin yenilənməsini gözləyirdim” şərhini yazıb.
Qeyd edək ki, əlcəzairli futbolçu bir neçə gün əvvəl klubu ilə 3 illik sözləşməyə qol çəkib.