Yeni kapitan kim olacaq?

30.07.2023 19:21 249
Dünya futbolu
“Liverpul”da yeni mövsümün kapitanı müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, baş məşqçi Yürgen Klopp artıq bu məsələ ilə bağlı qərarını verib. Son 7 ildə komandanın kapitanı olan Cordan Henderson “Əl-İttifaq”a keçib.

Qeyd edək ki, ötən mövsüm Henderson oynamadığı matçlarda kapitanlıq sarğısını Vircil van Diyk və Alisson taxıb.

Amma Klopp yeni kapitanla bağlı “The Sun”a açıqlamasında ad çəkməyib:
”Artıq qərarımı vermişəm, amma əvvəlcə bu barədə oyunçuları məlumatlandırmalıyam”.