Basilaşvili ittihamı rədd edir

20.07.2022 14:10 472
Dünya futbolu
Gürcüstanlı tennisçi Nikoloz Basilaşvili danışılmış oyunlarla əlaqəsi haqda informasiyanı şərh edib:

“Ötən həftəsonu Almaniya KİV-inin adımı “danışılmış oyunlar” ilə bağlı iddiada hallandırması xəbəri mənə də gəlib çatdı. Heç bir əsası olmayan bu ittihamı qətiyyətlə rədd edirəm. Adımın və imicimin əsassız və absurd ittihama görə zərər görməsinə imkan verə bilmərəm. Odu ki, belə ittihamların və yalanın dərhal dayandırılmasını tələb edirəm”.


Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın ZDF telekanalında tennisdə danışılmış oyunlarla bağlı təhqiqat yayınlanıb. Gürcü tennisçi Nikoloz Basilaşvili, rusiyalı Aslan Karatsev, həmçinin onların sabiq məşqçisi Yeqor Yatsık da şübhəlilər sırasında göstərilib. Telekanalın süjetində iddia olunur ki, Yatsık lazımi nəticənin təmin olunması müqabilində tennisçilərə pul təklif edib.