UEFA “Osasuna”ya tətbiq etdiyi sanksiya qərarına yenidən baxıb.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu avrokubokların yeni mövsümündə iştirak hüququnu bərpa edib.
Cəzaya pamplonalıların İspaniya çempionatının 2012/13 və 2013/14 mövsümlərində danışılmış oyunlarda mümkün iştirakı ilə bağlı araşdırma obyektinə çevrilməsi səbəb olmuşdu. “Osasuna”nın “Betis” və “Valyadolid”ə qarşı matçlarının nəticəsi şübhə doğurmuşdu. Bu səbəbdən komanda UEFA-nın iyunda verdiyi qərarla Konfrans Liqasının (KL) yeni mövsümündə iştirak hüququnu itirmişdi.
İspaniya klubu UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (İAM) şikayət etmişdi. Qərargahı İsveçrənin Lozanna şəhərində yerləşən məhkəmə araşdırmanı iyulun 25-də başa vurub. “Osasuna” rəhbərliyi ötən müddətdə bu instansiyaya klubun danışılmış oyunlarda iştirakını təkzib edən yeni materiallar təqdim edib. Maraqlıdı ki, UEFA İAM-ın qərarını gözləmədən komandanı KL-ə buraxıb. Qitə futbol təşkilatının müvafiq komitəsi “Osasuna”nın 10 il əvvəl baş verən hadisələrin “qurbanı olduğu” qənaətinə gəlib. Beləliklə, Pamplona klubu KL-də mübarizəyə qrup məhələsindən başlayacaq.