UEFA “Osasuna”ya sanksiya tətbiq edib.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu avrokubokların yeni mövsümündə iştirak hüququnu itirib.
Cəzaya pamplonalıların İspaniya çempionatının 2012/13 və 2013/14 mövsümlərində danışılmış oyunlarda mümkün iştirakı ilə bağlı araşdırma obyektinə çevriləsi səbəb olub.
“Osasuna”nın “Betis” və “Valyadolid”ə qarşı matçlarının nəticəsi şübhə doğurub. Bu səbəbdən komanda Konfrans Liqasının yeni mövsümündə iştirak hüququnu itirib. İspaniya klubu UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edəcək.