Madrid məhkəməsi UEFA-nı sevindirdi

23.04.2022 11:15 529
Dünya futbolu
Madrid məhkəməsi UEFA-nın ötən il sentyabrın 28-də verdiyi apellyasiya şikayətinə baxıb.

Məhkəmə qitə futbol təşkilatını sevindirən qərar çıxarıb.
UEFA bu məhkəmənin 2021-ci il iyulun 30-da verdiyi qərardan şikayət etmişdi.

Həmin qərara əsasən, qitə futbol qurumu Superliqanın təsisçiləri olan “Real”, “Barselona” və “Yuventus”a və daha əvvəl bu layihədə iştirak etmiş 9 kluba hər hansı sanksiya tətbiq edə bilməzdi. Lakin Madrid məhkəməsinin yeni hakimi Sofiya Xil sələfinin təxminən 9 ay əvvəlki qərarını ləğv edib.

Beləliklə, UEFA və FİFA Superliqanın təsisçilərinə sanksiya vermək hüququ qazanıb. Yayılan məlumatda məhkəmə prosesinin davam etdiyi və növbəti iclasın bütün tərəflərin iştirakıyla iyunun 14-də başlayacağı bildirilib.